Webster Universiteti

14 Aprel 2020

Webster Universiteti

Əlaqə

Webster universitetində təhsil almaq tələbəyə şəxsi kefiyyətlərini inkişaf etdirmək və gələcək kariyerası üçün xüsusi qazandırlmaqla, hər bir tələbə üçün həm maraqlı həm də hərtərəfli bir təcrübədir. Universitet müxtəlif millətlərin nümayəndələrindən ibarət olan və daxildə sağlam elmi rəqabətə malik tələbə heyəti ilə sizi qarşılamağa hazırdır. Təklif olunan çoxsahəli təhsil proqramları ilə yanaşı kampusun Cenevrə şəhərində yerləşməsi tələbələrə sinif otaqlarından kənarda da, öyrənmək və yeni imkanlar araşdırmaq şansı verir. Bütün zamanların ən öndə gedən filosoflarından olan David Hume kimi şəxsiyyət yetişdirmiş universitet sizing üçün də artıq əlçatandır. Sən də gəl və ali təhsilini, yüksək səviyyəli tədris prossesi və dinamik tələbə həyatı ilə birləşdir!

Universitet haqqında:
• 1915-ci ildə təsis edilən Webster Universiteti qeyri-kommersiya məqsədli Amerika universiteti olmaqla, üç kampusda fəaliyyə göstərir: Amerika Birləşmiş Ştatları, Avropa və Asiya
• Beynəlxalq Cenevrə kampusunda 90 ölkədən 510 nəfər tələbə təhsil alır
• Universitet, mütəşəkkil dərslər və fərdi məşğələlər vasitəsilə effektiv tədris şəraiti yaradır.
• Cenevrə, bir neçə çoxmillətli korporasiyalar və maliyyə ticarəti kimi öndə gedən təşkilatlarının mərkəzi olmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatına da ev sahibliyi edir.
• Universiteti seçən tələbələr London, Vyana, Leiden, Tayland, Çin, Yaponiya, Mərkəzi və Cənubi Amerika və Birləşmiş Ştatlarda təhsil almaq imkanı əldə edir

Cenevrə kampusu:
• Cenevrə əsrarəngiz şəhər olub, dünyanın hər yerindən gələn müxtəlif millətlərin nümayəndələrinə qucaq acır.
• Şəhərdə 250-dən çox qeyri-hökümət təşkilatları fəaliyyət göstərir
• Burada Alp dağları və Cenevrə gölü kimi gözəl məkanları və istirahət guşələri var
• Bellevue şəhərində yerləşən Amerika stilli kampusa Cenevrə şəhərinin mərkəzindən qatarla 8 dəqiqəyə çatmaq mümkündür. Kampus Leman gölündən ayaq məsəfəsində, Mont Blanc zirvəsinin mənzərəsi fonunda yerləşir

Webster Universitetinin Cenevrə kampusunda ali təhsil :
• Kampusda tədris olunan əsas təhsil istiqamətləri – Maliyyə, İqtisadiyyat, Biznes və Menecment, Beynəlxalq əlaqələr və başqaları
• Tələbələr bir tədris ili müddətində, tam semester, 8 həftəlik rüb yaxud yay semestri ərzində təhsil ala bilər.

• Fransız dili ixtisasından başqa digər bütün proqram və kurslar İngilis dilində tədris olunur.
Yaşayış yeri:
• Əcnəbi tələbələr kampusdaxili yaşayış yerləri ilə təmin olunur
• Kampusdan kənarda yerləşən Les Berges rezidensiyası, bəzi iaşə obyektlərindən ayaq məsafəsində yerəşməklə tələbələrə şəhər mərkəzini kəşf etmək imkanı verir
• Kənarda yerləşən rezidensiyalara məsafə qatar və ya tramvayla 25 dəqiqədir.
• Yaşayış və tədris mərkəzi Webster Cenevrə universitetinin kampusdaxili rezidensiyasında yerləşir və burada tələbələr üçün fitness mərkəzi, camaşırxana və asudə vaxtlarını keçirməsi üçün digər mərkəzlər faəliyyət göstərir

Studynet Group şirkətinin təklif etdiyi xidmətlər:
Studynet Group şirkəti Webster Universitetinin Azərbaycanda əsas partnyoru olaraq, sizə universitetin bütün tədbirləri, təklif etdiyi proqramlar, qəbul şərtləri və ərizələrin hazırlanması prossesi ilə bağlı istənilən dəstəyi göstərməyə hazırdır. Bizim birbaşa vasitəçiliyimiz ilə Webster universitetinə müraciət edin və qəbul prossesini asanlaşdırmaqla yanaşı, proqram seçiminizə həmçinin gələcəkdə hansı imkanlardan faydalana biləcəyiniz haqında daha ətraflı məlumat alın. Şirkətimizin təcrübəli təhsil məsləhətçiləri və elmi kadr heyəti tələbələrə təhsil və kariyera istiqamətində düzgün bələdçilik etmək üzrə uzunmüddətli təcrübəyə malidirlər. Şirkətin göstərdiyi xidmətlərə daxildir:

  • Kampusdaxili və onlayn tədbirlərdə iştirakın təşkili
  • Proqram seçimində köməklik
  • Ərizələrin hazırlanması və təqdim olunması zamanı köməklik
  • Təqaüd ərizələrinin hazırlanmasında köməklik
  • Xaricdə yaşayış üçün yerlərin tapılması
  • Viza dəstəyi
© 2020 SNG, All Rights Reserved.