Washington State University

05 Oktyabr 2021

Washington State University

Əlaqə

Ən nüfuzlu tədqiqat univeritetlərindən biri hesab olunan Washington State Universiteti Pullmanda yerləşir.

Dünyanın 109-dan artıq ölkəsindən 30 minə qədər tələbəyə ev sahibliyi edərək müasir və dinamik bir mühitdə keyfiyyətli təhsil təqdim edən bir universitet olaraq tanınır. Washington State Universiteti 2019-cu ildə Times Higher Education tərəfindən dünyanın ən yaxşıları arasında ilk 301-350 aralığında, Birləşmiş Ştatlarda isə 223-cü sırada yer almışdır.

Universitetin geniş kampusu, mehriban tələbə cəmiyyəti və yüksək ixtisaslı müəllimləri, Washingtonda ən yaxşı şərtlərlə təhsil almaqla yanaşı həyatınızın ən yaxşı vaxtını keçirə bilməyiniz üçün imkan yaradır.

Tələbələrin bu təhsil müəssisəsini seçmələrində bir neçə səbəb dayanır: İlk olaraq, interaktiv və qonaqpərvər mühiti sayəsində tələbələrin məmnuniyyətini qazanmağı bacarmışdır. Bundan əlavə yerləşdiyi ərazi olaraq olduqca əlverişlidir. Belə ki, Vankuverin sahilində yerləşən bu universitetin gəzməli və görməli çox yeri var. Tədris olunan proqramlar və eləcə də müəllim heyəti tələbələrə nail olmaq istədikləri məqsədlərə çatmaları üçün bir sıra imkanlar təqdim edir. Digər bir səbəb isə WSU-nun tələbələrinə səmimi və doğru cəmiyyət istiqamətli bir atmosfer təqdim etməsidir.

WSU-da keyfiyyətli təhsil ilə yanaşı unudulmaz təcrübə qazanmaq istəyirsinizsə, bizə zəng edə və ya ofisimizi ziyarət edə bilərsiniz, təcrübəli təhsil məsləhətçilərimiz sizə bütün proseslərdə köməklik göstəcəkdir.

WSU-də təhsil alaraq Amerikadan zövq alın!

© 2020 SNG, All Rights Reserved.