Vermont Universitetinin əsas özəllikləri

05 Oktyabr 2021

Vermont Universitetinin əsas özəllikləri

Əlaqə

Biologiya və sağlamlıq elmləri, ətraf mühitin mühafizəsi, mühəndislik, biznes idarəsi və bir sıra müxtəlif sahələrdə bakalavr, magistr və doktorantura pilləsi üzrə təhsil təqdim edən Vermont Universiteti ölkənin qabaqcıl tədqiqat universitetlərindən biridir.

12 mindən çox tələbəyə ev sahibliyi edən Vermont Universiteti Amerikanın ən füsunkar ərazilərindən birində yerləşərək dünyanın müxtəlif yerindən olan tələbələrin marağına səbəb olur.

Vermont Universiteti ABŞ-ın ən yaxşı 100 universiteti, eləcə də ən yaxşı 50 dövlət universiteti arasında öz yerini alaraq Yeni İngiltərədə 5-ci ən qədim universitet adını qazanmışdır (Harvard, Yale, Dartmouth və Browndan sonra).

Universitetin kampusu unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Tələbələr UVM'ni bakalavr dərəcəsində təhsil alan tələbələrə bütün dəstəklərini vermək üçün özlərinə ev kimi seçən dünya səviyyəli tədqiqatçılar tərəfindən tədris olunurlar.

Dərslərdən əlavə asudə vaxtlarında tələbələr universitetdə təşkil olunan 100-dən çox fərqli klub və təşkilatlara qoşula bilərlər.

Heç bir məhdudiyyət olmadan, tələbər 100-dən çox ixtisas seçimində sərbəstdirlər. UVM-in təqdim etdiyi bəzi bakalavr və magistr proqramları:

  • Mühəndislik
  • Fizika
  • Əzcaçılıq
  • Riyaziyyat
  • İnşaat mühəndisliyi
  • Elektrik mühəndisliyi

StudyNet Group uzun illərdir ki, ABŞ universitetləri ilə əməkdaşlıq edir və tələbələrə lazımi sənədlərin təqdim edilməsində, təqaüd proqramlarına müraciət prosesində, eləcə də yaşayış yerinin bron edilməsi və viza prosesində köməklik göstərir.

© 2020 SNG, All Rights Reserved.