Varşava Biznes Universiteti ilə yeni əməkdaşlıq

03 İyun 2021

Varşava Biznes Universiteti ilə yeni əməkdaşlıq

Əlaqə

StudyNet Group müasir təhsil proqramına sahib, təhsil təklifini və metodikasını daim bazarın ehtiyaclarına uyğunlaşdıran Varşava Biznes Universiteti ilə qarşılıqlı əməkdaşlığa başlamışdır. 2001-ci ildə əsası qoyulan bu universitet təxminən 20 illik inkişaf müddətində WWSB tədricən iqtisadiyyat sahəsində aparıcı universitetlərdən biri kimi öz mövqeyini təsdiqləməyə nail olmuşdur.

Məzunlarının rəğbətini qazanmış Varşava Biznes Universiteti Polşada fəaliyyət göstərən digər təhsil müəssilərindən öz praktiki tədris proqramlarına görə, eləcə də müxtəlif sahələrdən peşəkar müəllimlərinə görə fərqlənməyi bacarmışdır. Bununla yanaşı tələbələr təhsil müddətlərində fərqli sahələrdən olan mütəxəssislərin leksiyalarında iştirak edib, onların təcrübələrindən yararlana bilərlər.

Universitetin təqdim etdiyi bakalvr və magistr dərəcələri əsasən logistika, menecment və milli təhlükəsizlik kimi sahələri əhatə edir.

StudyNet Group xaricdə təhsil şirkəti olaraq hər zaman tələbələrə gələcək peşələrini seçməkdə köməklik göstərməkdən böyük məmnunluq hissi duyur. Peşəkar biliyə sahib təhsil məsləhətçilərinin təcrübələri gənclərə doğru seçim etməyə, eləcə də, qəbul prosesində, tələbə vizasının əldə olunmasında, yaşayış yerlərinin bron ediməsi prosesində yaxından köməklik göstərəcək.

© 2020 SNG, All Rights Reserved.