UPC Hazırlıq Proqramı üzrə təqaüd

16 Yanvar 2021

UPC Hazırlıq Proqramı üzrə təqaüd

Əlaqə

İngiltərənin University College London təhsil müəssisəsinin əsası 1826-cı ildə qoyulub. Hazırda isə universitet müxtəlif qlobal icmalara məxsus dünya miqyaslı akademik və tələbə heyətinə, sənaye əlaqələrinə, xarici partnyorlar və məzun heyətinə malikdir. Universitet 30 Nobel laureatı, 11 elmi fakultə, 43 000 sayda tələbə, 440 bakalavr, 675 post-bakalavr təhsili üzrə tədris proqramları ilə fəxr edir.

UCL universietinin təklif etdiyi proqramlardan biri də bir illik baza təhsili - UPC Hazırlıq Proqramıdır. Bu proqramın məzunu olan xüsusilə əcnəbi tələbələr UCL universitetində 125-ə yaxın bakalavr proqramının qəbul şərtlərini tam şəkildə ödəyir.

UCL uiversitetinin Hazırlıq Proqramı UPC bu proqrama müraciət edən tələbələr üçün beş min funtsterlinq məbləğində təqaüd proqramı elan edir. Təqaüdə müraciət üçün xüsusi ərizə forması doldurmağa ehtiyac yoxdur. UPC Hazırlıq proqramına müraciət edərək, qəbul əldə etmiş hər bir tələbə akademik göstəricilərinə əsasən bu təqaüd proqramı üçün də nəzərdən keçiriləcək. Bundan başqa, əgər siz növbəti təhsil pilləsində də eyni qiymət göstəricilərini əldə etməkdə davam etsəniz, təqaüdü bütün təhsiliniz boyunca hər il yenilənən təqaüd şəklində əldə edə biləcəksiniz.

Təqaüdə müraciət ərizələrinin qiymətləndirilməsi Avqust ayında aparılacaq və Sentyabr ayında nəticə ilə bağlı qazanan namizədlərə məlumat veriləcək.

UPC Hazırlıq Proqramına müraciət ərizələrinin qəbuluna artıq başlanılıb. UPC Hazırlıq Proqramının Azərbaycanda yeganə rəsmi partnyoru StudyNet Group xaricdə təhsil şirkətinin təcrübəli məsləhətçiləri sizə UCL universitetinin təklif etdiyi digər proqramlar haqında da ətraflı məlumat verə, ərizələrin hazırlanmasında, qəbul prossesinin izlənilməsində, vizanın əldə olunması və xaricdə yaşayış yerlərinin bron edilməsində yaxından tamamilə ödənişsiz olaraq yardımçı ola bilər.

© 2020 SNG, All Rights Reserved.