UNYP: Praqanın Mərkəzində Yüksək Keyfiyyətli Təhsil

27 Yanvar 2024

UNYP: Praqanın Mərkəzində Yüksək Keyfiyyətli Təhsil

Əlaqə

Praqadakı Nyu York Universiteti (UNYP) 1998-ci ildə yarandığı gündən bəri özünü nüfuzlu bir institut kimi təsdiqləməyə davam edir.

“BAC” və “CAMBAS” kimi yüksək səviyyəli təşkilatların akkreditasiyası və tanınması ilə UNYP müxtəlif proqramlar üzrə ABŞ və Çexiya universitetlərinin dərəcələrini təklif edir.

Sakit “Vinohrady”də yerləşən UNYP kampusu tələbələrə əsas ictimai nəqliyyat qovşaqlarına asanlıqla daxil olmaq, eləcə də Praqanın mərkəzinə və şəhərin müxtəlif hissələrinə fasiləsiz səyahət etmək imkanı verir. Üstəlik, bu əlverişli yer Praqanın zəngin mədəniyyəti ilə tanış olmaq üçün ideal seçimdir.

UNYP-nin diqqət çəkən cəhətlərindən biri də onun çoxmillətli və beynəlxalq ictimaiyyətidir. 60-dan çox ölkəni təmsil edən 800-dən çox tələbə hal-hazırda təhsil müəssisəsində təhsil alır.

Təhsil müəssisəsi öz tələbələrinə tam təchiz olunmuş fitness mərkəzi və üzgüçülük hovuzuna pulsuz giriş haqqı tanımaqla yanaşı, müxtəlif idman klubları, o cümlədən futbol, basketbol və qaçış kimi məşğuliyyətlərə geniş şərait yaradır.

Təxminən 17.000 kitab, dövri nəşr və audio/vizual materiallardan ibarət kitabxana tələbələrin müxtəlif maraqlarına cavab verir və çox çeşidli resurslar təqdim edir. “UNYP”-də o cümlədən altı MBA proqramı, Psixologiya üzrə bir magistr proqramı və dörd bakalavr məktəbi aktivdir.

“UNYP”-nin bakalavr məktəbi vasitəsilə Çexiya və ABŞ-də akkreditə olunmuş “Biznesin idarə edilməsi”, “Ünsiyyət və media”, “Rəqəmsal media sənəti”, “İnformasiya texnologiyaları”, “Beynəlxalq əlaqələr”, “İngilis dili və ədəbiyyatı” və “Psixologiya” üzrə bakalavr dərəcələri təklif edir.

Praqadakı Nyu York Universitetinin “Çexiya Təhsil, Gənclər və İdman” Nazirliyi (MŠMT) tərəfindən akkreditə olunmuş proqramı olan “Psixologiya üzrə Magistr dərəcəsi” tələbələrə “Mgr” titulundan istifadə etmək hüququnu verir. Bu proqramın müddəti iki il ərzində dəyişə bilər.

“UNYP”-nin ölkədəki sadiq əməkdaşı StudyNet Group təcrübəli təhsil məsləhətçiləri ilə sizə akademik yolunuzda yoldaşlıq edir və maraqlarınız əsasında ən yaxşı təhsil, eləcə də karyera variantlarını tövsiyə edir.

© 2020 SNG, All Rights Reserved.