University of South Florida-da yeni təhsil macəranıza hazırlaşmağa başlayın

27 Avqust 2022

University of South Florida-da yeni təhsil macəranıza hazırlaşmağa başlayın

Əlaqə

USF kimi tanınan University of South Floridanın əsası 1956-cı ildə Florida ştatının Tampa şəhərində qoyulmuşdur.

USF Florida Dövlət Universitet Sisteminə üzv olan universitetlərdən biridir. Universitetdə bakalavr, magistr, doktorantura və ixtisaslaşma kursları da daxil olmaqla 14 fakültədə 180-ə qədər kurs tədris olunur. 48 min tələbənin təhsil aldığı bu təhsil ocağı Florida ştatında 4-cü ən böyük dövlət tədqiqat universitetidir.

University of South Florida-nın üç müasir və geniş sahəni əhatə edən kampusu vardır.

Tampa kampusu, Universitetin mərkəzi binasını bu kampusda yerləşir. Mərkəzi kampus Tibb elmləri, Səhiyyənin təşkili, Əzcaçılıq, Jurnalistika və Media fakültəsinə ev sahibliyi edir.
St. Petersburg kampusu 25 hektar ərazini əhatə edir. Kampusda kompleks təhsil resursları, geniş media təlimi, ifaçılıq sənətləri, idman və fitness mərkəzləri və kampus daxili yataqxana kimi imkanlar mövcuddur.
Sarasota-Manatee kampusu Siesta Key çimərliyinə yaxın ərazidə yerləşir. Kampus imkanları arasında müasir təchizatla təmin olunmuş tədris otaqları, idman və fitness mərkəzləri və kampus daxili yataqxana yer alır.

USF Carnegie Foundation tərəfindən ABŞ-da ən qabaqcıl tədqiqat unviersitetlərindən biri olaraq müəyyən edilmişdir. Times Higher Education dünya universitetləri sıralamasına əsasən ilk 251-300-cü yerdə də qərarlaşmışdır. Milli tədqiqat universitetləri içərisində isə 25-ci yerə layiq görülmüşdür (National Science Foundation 2016).

StudyNet GroupUSF arasındakı əməkdaşlıq gələcək və hazırkı tələbələrin fərqli sahələrə aid ali təhsil proseslərini asanlaşdırmasına kömək edir. Xidmətlər:

  • Viza və yaşayış
  • Universitetə yerləşdirmə
  • Diplom konsultasiyası
  • Rəsmi sənədlərin hazırlanması və təqdim edilməsi
© 2020 SNG, All Rights Reserved.