University of Nottingham rəsmi nümayəndəsi Bakıda!

23 Noyabr 2022

University of Nottingham rəsmi nümayəndəsi Bakıda!

Əlaqə

İngiltərənin mərkəzində - Nottingham-da yerləşən və 150-dən çox ölkədən gələn xarici tələbələrinə Nottingham Universiteti real beynəlxalq təcrübə təqdim edir!

Malaziya və Çində kampuslara malik olan bu Universitet dünya miqyasında tanınan dərəcələr təqdim edir və yüksək nəticə göstərən tələbələr arasında ən məşhur təhsil seçimidir. Məhz bundan qaynaqlı olaraq universitetə qəbul yüksək rəqabətlilik təşkil edir.

The University of Nottingham İngiltərənin mərkəzində yer alır və İngiltərənin bütün bölgələrinə həmçinin Londona 2 saatdan az vaxt məsafəsində yerləşir. Nottingham zəngin mirası və mədəniyyəti ilə seçilən bir şəhərdir.

The University Of Nottingham 360 bakalavr və 380 magistr proqramları üzrə təhsil verməkdədir. Bu universitet dünya üzrə ən çox seçilən 30 universitetdən biridir. (QS World University Rankings By Employer Reputation 2013). Universitetin araşdırma gücü İngiltərədə Research Assessment Exercise (RAE) 2008 tərəfindən 7-ci sırada göstərilmişdir.
Universitetdə Bakalavr, Magistr Proqramları ilə yanaşı Foundation proqramları var.

Son ilin reytinq sıralamasında Nottingham Universiteti İngiltərə üzrə top 18-də, QS World University Rankings 2023 sıralamasında isə 114-cü yerdə qərarlaşıb.

Universitet Dövlət Proqramı tərəfindən maliyələşdirilən təqaüd proqramı universitet siyahısında da yer alır. Universitetin təklif etdiyi bir neçə proqramlar:

  • Electronic Communications and Computer Engineering MSc
  • Architecture MArch
  • Data Science MSc
  • Electric and Electronic Engineering MSc

24 noyabr tarixində baş tutacaq beynəlxalq StudyNet Xaricdə Təhsil sərgimizi ziyarət etməklə siz bu və digər 100-ə yaxın universitet haqqında ətraflı məlumat ala biləcəksiniz.
Qeyd edək ki, 24 noyabr Nottingham Universitetinin rəsmi nümayəndəsi də sərgidə iştirak edəcək! Qeydiyyat üçün tələsin! Sərgini ziyarət ödənişsizdir.

© 2020 SNG, All Rights Reserved.