University of New York in Prague

09 Avqust 2018

University of New York in Prague

Əlaqə

New York in Prague universitetinin əsası 1998-ci ildə State University of New York, New Platz və State University of New York Empire State College-in əməkdaşlığı çərçivəsində qurulmuşdur.
Universitet Çexiya Respublikasının paytaxtı və dünyanın ən əsrarəngiz şəhərlərindən biri olan Praqada yerləşir.
Praqa tələbəri öz tarixi, mədəniyyəti, özünəməxsus mühiti və təhlükəsizliyi ilə heyran edir.
Artıq 2001-ci ildə University of New York in Prague Çexiya Təhsil, Gənclər və İdman nazirliyi və British Accreditation Council for Independent Further and Higher Education (BAC) tərəfindən rəsmi olaraq Çexiya özəl universiteti olaraq tanındı.
University of New York in Prague yalnız ingilis dilində təhsil verən Çexiyada akkreditə olunmuş və ən qabacıl ali təhsil müəssisələrindən biridir. Kiçik ölçülü sinif otaqları, 60-dan çox ölkədən 800-dən çox şagirdin təhsil aldığı sahələrdə uğur qazanmaq üçün lazım olan bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Universtitetdə ümumilikdə bakalavr, magistr və doktorontura daxil olmaqla 100-dən çox proqram tədris olunur. Akademik heyət isə 125 nəfər professor və müəllim heyətindən ibarətdir.

© 2020 SNG, All Rights Reserved.