UMass Boston

01 Oktyabr 2021

UMass Boston

Əlaqə

UMass Boston, şəhərdəki yeganə dövlət universiteti olaraq, tələbə müxtəlifliyi ilə digər təhsil müəssisələrindən fərqlənir.

Massachusetts Boston Universiteti, universitetin beş kampusu içərisində üçüncü ən böyük kampusudur. Boston Universitetində bakalavr, magistr və doktorantura dərəcələri üzrə təhsil alan 16 mindən çox tələbə var. Dünyanın hər yerindən müxtəlif mənşə və etnik qruplardan olan yüzlərlə tələbə bu universiteti seçir və bunun da başlıca səbəblərindən biri UMass professor və təcrübəli müəllim heyətidir. Universitetin professorları tələbələrinin öyrənmələrinə dəstək vermək və onları əllərindən gələni etməyə təşviq etmək üçün birgə səy göstərillər. Müəllimlər tədrisə böyük istək və həvəslə yanaşır və tələbələrin də özləri qədər dərslərdən zövq almaları üçün çalışırlar.

Bunlardan əlavə, tələbələrin universitetdə olarkən kömək ala biləcəkləri bir sıra akademik dəstək müəssisələri var. Universitet daxilində tələbələrə iş axtarışında, potensial karyera seçimlərində, eləcə də iş müsahibəsinə hazırlıq prosesində köməklik göstərən Karyera xidmətləri və təcrübə müəssisəsi də fəaliyyət göstərir.

UMass təhsil sisteminin bir hissəsi olaraq, universitet tələbərin sosial fəaliyyətlərinin inkişafında da fəal iştirak edir. Burada tələbələr üçün bir sıra idman mərkəzləri fəaliyyət göstərir ki, bununla da tələbələri əlavə stresdən qorumaq üçün təhsil və sosial fəaliyyətləri balanslaşdırmağa çalışırlar.

Sadalanan bütün üstünlüklər ilə universitet bakalavr, magistr və doktorluq dərəcələri üzrə proqramlar təklif edir, həmçinin sertifikat proqramları və korporativ, davamlı və uzaqdan təhsil proqramlarını da həyata keçirir.

Gələcəyinizi ABŞ təhsil müəssisələri ilə qurmaq istəyirsinizsə, bizə zəng edə və ya ofisimizi ziyarət edə bilərsiniz. Təcrübəli təhsil məsləhətçilərimiz qərarınızda sizə köməklik edərək bütün proseslərdə xidmət göstərəcəkdir.

StudyNet Group sizinlə görüşməkdən məmnun olar!

© 2020 SNG, All Rights Reserved.