Uğurlu gələcəyinə TOP #125 Dünya Universitetində başla!

08 Aprel 2023

Uğurlu gələcəyinə TOP #125 Dünya Universitetində başla!

Əlaqə

Həqiqətən dünya səviyyəli bir universitet olan Newcastle Universiteti Böyük Britaniyanın ən məşhur universitetlərindən biridir. Newcastle Universiteti keyfiyyətli təhsili və qabaqcıl tədqiqatları ilə dünya reytinqində ön sıralarda qərarlaşıb. Eyni zamanda, universitet Russell Group universitetləri siyahısına daxildir və bu gün 200-dən çox bakalavr proqramı ilə 20.000-dən çox tələbəni yüksək təhsillə təmin edir.

İngiltərənin şimal-şərqində yerləşən Newcastle təhsil almaq üçün kifayət qədər əlverişli şəhərdir. Kirayə və yaşayış xərcləri Londondakından (QS Student Cities) 65%-ə qədər ucuzdur. Bundan əlavə, StudyNet Group-un əməkdaş universiteti olaraq universitetdə yüksək nəticə göstərən tələbələrimizə geniş təqaüd qazanmaq imkanı təqdim edir.

Newcastle bakalavr (BA, BSc, BEng, LLB) və magistratura (MA, MSc, LLM, Ph.D.) səviyyələrində genişmiqyaslı proqramlar, həmçinin Foundation və Beynəlxalq Hazırlıq kursları təklif edir.

Proqramlar (Bakalavr; Magistratura; PhD):

  • Memarlıq
  • Biznes və İdarəetmə
  • Humanitar və sosial elmlər
  • Fizika elmləri və mühəndislik
  • Biologiya və Biotibbi Elmlər

Əgər hələ də Newcastle Universitetinə müraciət etməmisinizsə, bizimlə müraciət etməyə tələsin. Biz sizə Universitetin təklif etdiyi geniş proqramlar arasından seçim etməkdə və müraciət prosesində kömək edəcəyik!

© 2020 SNG, All Rights Reserved.