UCL-in rəsmi nümayəndəsi 24 noyabr StudyNet Xaricdə Təhsil sərgisində!

19 Noyabr 2022

UCL-in rəsmi nümayəndəsi 24 noyabr StudyNet Xaricdə Təhsil sərgisində!

Əlaqə

Universitet tələbəsi olmaq üçün dünyanın ən yaxşı şəhəri olan Londonda yeni tədris ilinə başlayın.

1826-cı ildə təsis edilən University College London Birləşmiş Krallıq universitetlərinin ən qədim və ən böyük universitetidir.

UCL Londonun Global Universiteti olaraq tanınır. Dünya reytinqində 8-ci sırada ( QS Dünya Universitet Sıralaması 2022) yer alan universitet İngiltərənin ən yaxşı universiteti seçilmişdir (Research Excellence Framework). Hal hazırda universitetdə təhsil alan 29.000 tələbədən 13.000-i əcnəbi tələbələrdir.

UCL, Oxford və Cambridge universitetləri ilə birlikdə “Qızıl Üçlüyü” formalaşdırır və Russel Grupun bir nümayəndəsidir. UCL-n hazırki müəllim və məzun heyəti ümumilikdə 29 Nobel Mükafatı qazanmışdır. UCL dünyanın hər yerindən 260-dan çox universitetlə aktiv tələbə mübadiləsi və tədqiqat əlaqələrinə malikdir. Foundation və Bakalavrın ilk illərində universitet beynəlxalq tələbələri yataqxana ilə təmin edir. Universitetin Bloomsbury Marble Arch və Hampstead kimi kampusları var.

StudyNet Group vasitəsilə müraciət etməklə siz xüsusi tərəfdaş təkliflərindən yararlana və təcrübəli təhsil menecerlərindən peşəkar rəhbərlik və məsləhət ala biləcəksiniz. UCL ilə uzunmüddətli tərəfdaşlığımız sayəsində bu proqramın hər addımında və ondan kənarda sizə kömək etməyə hazırıq. UCL həmçinin 2022-2026 Dövlət Proqramına daxil olan universitetlər arasında yer alır.

24 noyabr tarixində baş tutacaq beynəlxalq StudyNet Xaricdə Təhsil sərgimizi ziyarət etməklə siz bu və digər 100-ə yaxın universitet haqqında ətraflı məlumat ala biləcəksiniz.
Qeyd edək ki, 24 noyabr UCL-in rəsmi nümayəndəsi də sərgidə iştirak edəcək! Qeydiyyat üçün tələsin! Sərgini ziyarət ödənişsizdir.

© 2020 SNG, All Rights Reserved.