UCL ilə bu yay tətilinizi unudulmaz edin!

19 Mart 2022

UCL ilə bu yay tətilinizi unudulmaz edin!

Əlaqə

Diqqətinizə çatdırmaq istəyirik ki, bu yay UCL tərəfindən keçiriləcək Ali Məktəb tələbələri üçün Universitetəqədər Onlayn Yay Kursu üçün müraciətlər hələ də davam edir.

Universitet 16-18 yaşlı gənclərə dünyanın ən yaxşı 10 universitetində təhsil almaq, akademik ingilis dilindən istifadəni genişləndirmək, qısa akademik tədqiqat hesabatı aparmağı öyrənmək, tənqidi düşünmə, hesabat yazmaq, müstəqil təhsil almaq, həmçinin komandada işləmək bacarığı, təqdimat da daxil olmaqla əsas bacarıqları inkişaf etdirmək üçün əla fürsət təqdim edir.

Tarixlər: 25 iyul – 5 avqust 2022
Təhsil haqqı: £750

Bu yay kursu öz unikallığı ilə fərqlənir, belə ki, digər yay kurslarından fərqli olaraq, tələbələrə bir fənn üzrə əlavə biliklər verməklə yanaşı, elm, incəsənət, humanitar və sosial elmlərdən ibarət müxtəlif fənləri də əhatə edir.

İştirak üçün tələbələr aşağıdakı meyarlara cavab verməlidirlər:

  • orta məktəbdə son il şagirdi olmalı;
  • kurs müddəti ərzində 16-18 yaş həddində olmalı;
  • UCL-dən heç bir keçmiş dərəcəsi və ya hazırda qəbul məktubu olmamalıdır.

Akademik tələblər:

  • Əvvəlki təhsil ilində GPA 70% və ya daha yüksək olmalıdır.

StudyNet Group vasitəsilə müraciət etməklə siz xüsusi tərəfdaş təkliflərindən yararlana və təcrübəli təhsil menecerlərindən peşəkar rəhbərlik və məsləhət ala biləcəksiniz. UCL ilə uzunmüddətli tərəfdaşlığımız sayəsində bu proqramın hər addımında və digərlərində sizə kömək etməyə hər zaman hazırıq.

© 2020 SNG, All Rights Reserved.