UCL-də Pre-Master təhsili

22 Oktyabr 2021

UCL-də Pre-Master təhsili

Əlaqə

University College of Londonda Pre-Master Yanvar 2022 qəbulları üçün müraciət formu hələ də açıqdır.

Müraciət üçün son tarix 10 dekabr 2021-ci ildir, lakin nəzərinizə çatdıraq ki, program üçün yerlər dolduğu halda müraciət dayandırılacaqdır.

StudyNet Group şirkətinin uzunmüddətli və etibarlı əməkdaş universitetlərindən olan İngiltərənin UCL universiteti Birləşmiş Krallıq universitetləri arasında ən qədim və ən böyük universitetidir. UCL Londonun həm də Global Universiteti olaraq tanınır. Dünya reytinqində 7-ci sırada ( QS Dünya Universitet Sıralaması 2016) yer alan universitet İngiltərənin ən yaxşı universiteti seçilmişdir (Research Excellence Framework).

UCL, Oxford və Cambridge universitetləri ilə birlikdə “Qızıl Üçlüyü” formalaşdırır və Russel Grupun bir nümayəndəsidir.
Bunlarla yanaşı, bu universitet dünyanın hər yerindən 260-dan çox universitetlə aktiv tələbə mübadiləsi və tədqiqat əlaqələrinə malikdir.

Siz də UCL-də təhsil almağın üstünlüklərindən yararlanmaq istəyirsinizsə, bu son fürsəti qaçırmayın, təcrübəyə sahib əməkdaşlarımız müraciət, tələbə vizasının alınması, İngiltərədə yaşayış yerinin bron edilməsi prosesində və həmçinin təhsil aldığınız müddətdə davamlı dəstək göstərərək sizə yardımçı olacaqlar.

© 2020 SNG, All Rights Reserved.