UCL-də Onlayn Yay Məktəbi

26 Fevral 2022

UCL-də Onlayn Yay Məktəbi

Əlaqə

Nəzərinizə çatdırmaq istəyirik ki, bu yay UCL məktəb tələbələri üçün Universitetdən əvvəl Onlayn Yay Proqramı təşkil edəcəkdir.

Bu, 16-18 yaşlı gənclər üçün dünyanın top onluğunda yer alan universitetində təhsil almaq, akademik ingilis dilindən istifadəni genişləndirmək, qısa akademik tədqiqat hesabatı aparmağı öyrənmək, tənqidi düşünmə, təqdimat, və hesabat yazmaq, müstəqil araşdırma, həmçinin komandada işləmək bacarığını inkişaf etdirmək üçün xüsusi fürsətdir.

Bundan əlavə, tələbələr bu yay məktəbində iştirak etməklə Londonun mədəni və tarixi yerlərinə əlavə virtual səfərlərdə iştirak etmək, eləcə də dünyanın müxtəlif ölkələrindən olan bir sıra tələbələrlə ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Universitet elm, incəsənət, humanitar və sosial elmlərdən bir sıra fənlər üzrə təhsil təklif edir.

Proqram xüsusi hazırlanmış struktura malikdir və 3 fərqli sahəni əhatə edir:

  1. Akademik Bacarıqlar və Akademik Məqsədlər üçün İngilis dili
  2. Akademik mühazirələr
  3. UCL və Böyük Britaniyanın akademik mədəniyyəti

Sizə bu şansı əldən verməməyi və təhsilinizi Böyük Britaniyanın yüksək reytinqli təhsil mərkəzlərində qurmağı tövsiyyə edirik.

Studynet Group-da biz sizə keyfiyyətli təhsil almaqda köməklik edirik. Təcrübəli təhsil menecerlərimiz proqram seçimi, qəbul, yaşayış yerlərinin seçilməsi və viza müraciətləri daxil olmaqla, hər bir addımda sizə rəhbərlik edəcəklər. UCL ilə uzun illər davam edən tərəfdaşlığımız sayəsində biz bu proqrama başlamağınızda və ondan əlavə digər addımlarda da sizə kömək etməyə hazırıq.

© 2020 SNG, All Rights Reserved.