UCL Beynəlxalq Hazırlıq Proqramı

13 Noyabr 2020

UCL Beynəlxalq Hazırlıq Proqramı

Əlaqə

2020-ci ildə universitetlərin reytinq cədvəlinə görə UCL universiteti dünya üzrə 8-ci, Avropa üzrə 4-cü, London üzrə isə 1-ci yeri tutan, müəllim və tələbə heyəti arasında 29 Nobel mükafatı lauretı olan bir universitetdir. Universitet yerli və beynəlxalq tələbələr üçün ali təhsilin bütün pillələri üzrə tədris proqramları təklif edir.
StudyNet Group şirkəti universitetin Beynəlxalq Hazırlıq proqramının Azərbaycanda yeganə rəsmi patnyoru olaraq hər il bu proqram üzrə təhsil üçün onlarla tələbənin qəbul almasında yaxından yardımçı olur. Proqramın Marketinq Departamentinin sədri cənab Christophe Castiglioni 6 noyabr tarixində Azərbaycanlı tələbələr üçün də məlumat sessiyası təşkil etmiş və növbəti tədris ilində təklif olunacaq hazırlıq proqramları haqqında ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin proqramın Azərbaycandan olan keçmiş məzunları iştirak edərək universitet haqqında öz təəssürratlarını və təcrübələrini paylaşmışlar. Onlayn görüşün videoyazısı aşağıdakı linkdə verilib:
Azərbaycanlı tələbələr üçün məlumat sessiyası

Bundan başqa cənab Castiglioni gələcək tələbələr üçün təkbətək onlayn görüşlər də təşkil edir. Bunun üçün nümayəndənin özü ilə [email protected] emaili vasitəsilə əlaqə saxlamağınız kifayətdir. Görüşün təşkilində şirkətimizin nümayəndələri də sizə köməklik göstərə bilər.

Universitetin təşkil edəcəyi növbəti vebinarlar 21 Noyabr və 5 Dekabr tarixlərində baş tutacaq. Tədbirlərin mövzusu “Hazırlıq Proqramına qəbul ərizələrinin hazırlanması” və “Əvvəlki illərin məzunları ilə görüş” formatında təşkil olunacaq. İştirak üçün qeydiyyat mütləqdir.
Qeydiyyat linki

Noyabr ayının sonları artıq Hazırlıq proqramı üçün ərizə qəbuluna start veriləcək. Aşağıdakı linkdə, ərizə qəbulu haqqında ətraflı məlumat, həmçinin və qəbul imtahanı üçün onlayn test nümunəsi verilib:
Beynəlxalq Hazırlıq Proqramına ərizə qəbulu

StudyNet Group şirkəti artıq 10 ildən artıq müddətdir ki, yerli və əcnəbi tələbələrə ən prestijli yüksək reytinqə malik universitetlərin təhsil proqramlarına qəbul almasında yaxından köməklik edir. UCL universitetinin Hazırlıq Proqramı ilə əməkdaşlığa başladığmız qısa müddət ərzində bu proqrama tələbə qəbulu və potensial tələbələr arasında maraq ildən-ilə artır.
Proqram və universitet seçimində çətinlik çəkirsinizsə şirkətimizin təcrübəli məsləhətçiləri sizə tamamilə ödənişsiz konsultasiya xidməti təklif edir.
Xaricdə təhsilə ilk addımınızı bizimlə atın... Təhsilinizdə uğurlar...

© 2020 SNG, All Rights Reserved.