Tibb təhsilinə keçid OnCampus ilə

11 İyun 2021

Tibb təhsilinə keçid OnCampus ilə

Əlaqə

Tibb sahəsi üzrə təhsil almaq bütün dövrlərdə prestijli olduğu qədər də, çətin əldə olunan nailiyyət hesab edilib. Buna baxmayaraq, tibb fakültəsindən məzun olan tələbələrin karyera imkanları digər proqramlara nisbətən qat-qat yüksəkdir. Dünyanın qabaqcıl ölkələri olan Amerika, Kanada, Avroa ölkələri və Birləşmiş Krallıqda yerləşən yüksək reytinqli universitetlərin təklif etdiyi ali tibb təhsili proqramları yüksək beynəlxalq nüfuza malikdir. Bu universitetlərdə təhsil yüksək dərəcəli və təcrübəli elmi işçilər tərəfindən tədris olunur. Elə bu səbəbdən də, bu universitetlərin tibb fakultələrinə qəbul olmaq üçün baza təhsili tələb olunur.

OnCampus beynəlxalq təhsil provayderi əcnəbi tələbələrin ali dərəcə proqramına hazırlıq bazası üçün Səhiyyə və Həyat elmləri sahəsində keçid proqramları təklif edir. Bu proqramlara qoşulan tələbələr ali dərəcə üzrə təhsilə başlamazdan öncə yüksək ixtisaslı müəllimlərin dəstəyi ilə seçdikləri ixtisas sahəsi üzrə ilkin biliklərə yiyələnirlər, eyni zamanda ingilis dili üzrə biliklərini təkmilləşdirmək imkanı qazanırlar ki, bu da onlara ali dərəcə proqramlarına adladıqları zaman tədris prossesinin daha asan qavranılmasına yardımçı olur.

OnCampus provayderinin təklif etdiyi hazırlıq proqramı əsasən Birləşmiş Krallıqda tibb sahəsi üzrə ali təhsil almaq istəyən tələbələri hədəf götürür. Lakin bu proqramda iştirak edərək əldə etdiyiniz sertifikatla siz istənilən yüksək səviyyəli ali tibb müəssisəsində təhsilinizi davam etdirə bilərsiniz. Çünki OnCampus proqramlarının təqdim etdiyi diplom beynəlxalq akkreditasiyada keçib və rəsmi olaraq qlobal miqyasda tanınır.

Birləşmiş Krallıq universitetlərində ali tibb təhsili alan tələbələrin sayı hər 6 min civarında qeydə alınır. Lakin hazırda qlobal pandemiya şəraitini nəzərə alsaq bu tələbatın 25% həcmində artdığını görərik.

Əgər siz də təhsilinizi tibb sahəsində davam etdirərək beynəlxalq əhəmiyyətə malik ali dərəcə diplomu əldə etmək istəyirsinizsə OnCampus sizin lazımi kriteriyalara cavab verən namizəd kimi təkmilləşmənizə yardım edə bilər. Tibb təhsilinizi başa vurduqdan sonra siz artıq beynəlxalq iş mühiti üçün tələb olunan kadra çevriləcəksiniz.

StudyNet Group şirkəti OnCampus təhsil provayderi ilə uzun illərdir sıx əməkdaşlıq əlaqəlarini davam etdirir və tələbələrə hazırlıq proqramını uğurla başa vuraraq ali dərəcə proqramlarına keçid etmələrinə yardımçı olur.

© 2020 SNG, All Rights Reserved.