'The National Mathematics and Science' kollecinin uğurlu nəticələri

22 Avqust 2020

'The National Mathematics and Science' kollecinin uğurlu nəticələri

Əlaqə

National Mathematics and Science kolleci, 15-19 yaş aralığında yuxarı sinif şagirdlərini dünyanın qabaqcıl ali məktəblərinə hazırlamaq üçün Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat istiqamətləri üzrə təhsil imkanları təklif edir. Kollec, cari il ərzində əldə etdiyi uğurlardan qürurla bəhs edir:

Məhsuldar fəaliyyətə və uzaqgörən hədəflərə malik olan təhsil müəssisəmiz bu çətin zamanlarda tələbələrinin nailiyyətlərini sizinlə bölüşməkdən qürur duyur.
2020-cil üzrə kollecin A-level tələbələrinin göstərdiyi mükəmməl nəticələr onu deməyə əsas verir ki, bütün bu maneələr təhsilimizin kefiyyətinə təsir göstərə bilməyib.

Nailiyyətlərimiz:

  • Tələbələrin 66%-i A* və A ilə qiymətləndirilib
  • Tələbələrin 4/5 hissəsi A və B qiymətləri arası nəticələr əldə edib.
  • İki tələbəyə Kembricin Təbiət elmləri və Mühəndislik fakultəsindən dəvət gəlib.

Kollec, tələbələrin nailiyyətləri ilə fəxr edir və problemləri həll etməklə təhsillərinin kefiyyətini daha da yüksəltmək üçün daim yeni yollar axtarışındaddır. “Bəzi tələbələr düşünə bilər ki, nəticələrinin hesablanması tam ədadlətli şəkildə aparılmayıb, lakin biz əksiklərin aradan qaldırılması üçün çalışırıq və bu məsələ ilə bağlı tələbələrin qaldırdığı iddialar araşdırılır.

Məktəbin yeni direktoru:

Bundan başqa, kollec yeni təyin olunmuş direktorunu təqdim edir - Doktor Andrew Kemp.
Dr. Kemp, Warwick universitetində Riyaziyyat fakultəsindən bakalavr dərəcəsi və Təhsil üzrə doktorluq dərəcəsi əldə edib. O, həmçinin Kembricdə yerləşən Stephen Perse Foundation məktəbinin və qlobal miqyasda tanınan Wells Cathedral məktəbinin direktoru vəzifəsində çalışmışdır.

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:

StudyNet Group şirkəti National Mathematics and Sciences kollecinin Azərbaycanda rəsmi partnyoru olaraq, kollecə müraciət üçün müvafiq sənədlərin hazırlanması, xaricdə yaşayış yerlərinin bron edilməsi, viza dəstəyi kimi xidmətlər göstərməklə, yerli və əcnəbi tələbələrin kollecdə təshil almasına yaxından yardımçı olur.

© 2020 SNG, All Rights Reserved.