Təsviri incəsənət kolleci (Fine Arts College)

17 Fevral 2021

Təsviri incəsənət kolleci (Fine Arts College)

Əlaqə

Dukes Education sisteminə daxil olan Fine Arts College Zoom platforması üzərindən canlı məşğələlər keçirir. Mühazirə və praktiki hissədən ibarət olan bu məşğələlər kollecin yaradıcısı və direktoru, xanım Candida Cave tərəfindən idarə olunur.

Əvvəlki virtual mühazirələrin video yazısına aşağıdakı linkdən keçid edə bilərsiniz.
Virtual mühazirələr

Karantin tədbirləri sonrası hələ də bəzi muzey və qalereyaların bağlı olduğu müddətdə, kollecin idarə heyəti bu cür virtual mühazirələri təşkil etməkdən məmnunluq duyur. Bu kimi tədbirlərin keçirilməsində kollecin əsas məqsədi insanların mədəni zənginliyinin artırılmasıdır.

Hazırda kollec artıq beynəlxalq arenaya qədəm qoyduğunu elan edir, belə ki, məkəbin Latviya, Litva, Ukrayna, Qazaxıstan və Rusiyada təsviri incənət üzrə təlimləri keçirilir.

Təsviri incəsənət kolleci (Fine Arts College) aparıcı müstəqil məktəb olaraq, London Hamstead-də yerləşir. Kollec 13-19 yaş arası tələbələrə İncəsənət və Humanitar elmlər sahəsində A Level və GCSE təhsil proqramları təklif edir. Kollecin tələbə kontingentinin 10%-ni əcnəbi tələbələr təşkil edir.

Kollec haqqında ətraflı məlumat aşağıdakı linkdə verilib.

Kollecin Perspektivləri

StudyNet Group artıq uzun müddətdir ki, İngiltərənin Dukes Education sisteminə daxil olan kollecləri ilə sıx əməkdaşlıq edir və şagirdlərə, qəbul prossesi, tələbə vizasının əldə olunması, xaricdə yaşayış yerlərinin bron edilməsi, uçuş biletinin əldə olunması və s. lazımi xidmətləri təklif edir.

© 2020 SNG, All Rights Reserved.