Təqaüdlü təhsil

05 İyun 2020

Təqaüdlü təhsil

Əlaqə

StudyNet Group şirkəti təhsilini xaricdə davam etdirmək istəyən gələcək tələbələri növbəti təqaüd proqramları ilə tanış edir.

1. Birləşmiş Krallıq – Edinburgh universiteti - Kenneth Denbigh təqaüdü
Edinburgh universiteti 1582-ci ildə təsis edilib. Yüksək rəğbət və prestijə malik universitet Şotlandiyanın ən qədim universitetlərindən biri olmaqla ingilis dilli ölkələr üzrə altıncı qədim universitetdir. Edinburgh universiteti 2020-ci ilə qədər Dünya universitetlərinin reytinqində 20-ci yeri tutub.

Edinburgh universiteti 2020-2021-ci tədris ili üçün Ali Kimyəvi mühəndislik üzrə magistratura təhsili alacaq əcnəbi tələbələrə Kenneth Denbigh təqaüdünü təqdim edir.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət etmək üçün tələbənin 2020-2021-ci tədris ili üçün Ali Kimyəvi Mühəndislik fakultəsi əyani əsaslarla magistratura proqramından qəbul məktubu olmalıdır.

Təqaüdün ümumi dəyəri
Hər təqaüdün məbləği 1000 funt təşkil edir və bir il ərzində keçərlidir. Təqaüd Mühəndislik məktəbi tərəfindən Oktyabr/Noyabr aylarında stipendiya şəklində təqdim olunacaq.

Nə vaxt və necə müraciət etməli?
Ərizə forması və müraciət qaydalarına aşağıdakı linklərdən keçid edə bilərsiz:
Ərizə forması
Qaydalar

Müraciət üçün son tarix: 3 İyul 2020

Bütün müraciətlərin nəticəsi haqqında 2020 Avqust ayına qədər məlumat göndəriləcək.

Ətraflı məlumat əldə etmək üçün məsul şəxs: Doktor Dimitrios Gerogiorgis - [email protected]

2. Birləşmiş Krallıq - Edinburq Universiteti - John Fisher magistratura təqaüdləri
Universitet milliyyət fərqi olmadan müraciət edən bütün tələbələrə təqaüd təqdim etdiyini məmnuniyyətlə elan edir. Təqaüdlər HPC və ya Data Elmi ilə HPC üzrə magistr proqramı üçün veriləcək.

Kimlər müraciət edə bilər?
Tələbənin akademik göstəricilərinə əsaslanan təqaüdə müraciət edə bilmək üçün siz:
• təqaüdün son müraciət tarixindən öncə HPC və ya Data Elmi ilə HPC üzrə magistratura proqramlarından qəbulunuz olmalı;
• Böyük Britaniyanın birinci dərəcəli və ya 2:1 fərqlənmə dərəcəsi yaxud onun beynəlxalq səviyyəli ekvivalentinə sahib olmalısınız.

Təqaüdün ümumi dəyəri
Hər təqaüd tələbənin təhsil haqqının 50% -i dəyərində olub bir tədris ili üçün keçərli olacaq. Təqaüdünüz təhsil haqqına endirim şəklində tətbiq olunacaq.

Necə və nə vaxt müraciət etməli?
Müraciət forması universitetin EUCLID portalında yerləşdirilib ki, MyEd veb-saytında qeydiyyatdan keçən gələcək tələbələr https://www.myed.ed.ac.uk vasistəsilə onlayn ərizə portalına daxil ola bilər.

Müraciət üçün son tarix: 15 İyun, 2020

StudyNet Group artıq illərdir ki, Edinburq Universiteti ilə əməkdaşlıq edir və seçimini bu universitet üzərində quran bütün bakalavr və magistratura tələbələrinə universitetə müraciət və təqaüdün əldə olunması prossesi boyunca istənilən dəstəyi göstərməyə hazırdır.

3. Kanada - Toronto Universiteti - Heer Hüquqşünas start-up təqaüdü
Toronto Universiteti 1827-ci ildə Kral Kolleci olaraq qurulub. Yüksək keyfiyyətli bakalavr, magistratura və təcrübi proqramlar təklif edən universitet Kanadadakı tədqiqat universitetləri arasında ən qabaqcıl universitetdir.
Toronto Universiteti beynəlxalq və yerli tələbələrə bakalavr və post bakalavr dərəcələri üzrə Heer hüquqşünas start-up təqaüdü təklif edir.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət edə bilmək üçün siz:
• hal-hazırda universitetdə yaxud kollecdə oxumalısınız və ya 2020-2021-ci tədris ili ərzində təhsilinizə başlamalısız;
• hazırki və ya gələcək təhsil müəssisənizdən yaxşı nəticələriniz olmalı;
• elektron poçt vasitəsi ilə müraciət etməli və adınızı, ünvanınızı, universitetinizi və ya kollecinizi, məzun olduğunuz və ya olacağınız tarixi ay və il göstərməklə qeyd etməlisiniz;
• 31 dekabr 2020-ci il tarixinədək müraciət etməlisiniz.

Təqaüdün ümumi dəyəri
Təqaüd 2000 Kanada dolları təşkil edir.

Necə və nə vaxt müraciət etməli?
Yuxarıda göstərilən bütün sənədlər elektron poçtla göndərilməlidir: [email protected]

Müraciət üçün son tarix: 31 dekabr, 2020.

Ən uyğun namizəd 31 yanvar 2021-ci il tarixinədək seçiləcək.

4. Kanada - MakGill Universiteti - Arbour Foundation Təqaüdü
1821-ci ildə qurulan MakGill Universiteti Kanadanın dövlət araşdırma universitetidir. McGill 300-dən çox təhsil sahəsi üzrə dərəcə və diplom proqramları təklif edir. 150-dən çox ölkədən olan tələbənin təhsil aldığı MakGill Universiteti ölkədəki tibbi doktorluq üzrə tətqiqat universitetləri içərisində etnik tərkibi ilə seçilir. Dünyanın ən yaxşı 50 universiteti arasında yer alan universitet Kanada universitetləri arasında üçüncü sıradadır.
MakGill Universiteti magistratura və ya doktorluq dərəcəsi almaq istəyən tələbələrə təqaüd təklif edir. Bu təqaüd yalnız Kompüter Elmləri, Mühəndislik və Menecment üzrə müraciət edən şəxslər üçündür.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət edə bilmək üçün siz:
(PhD, MSc, MMF, MMA)
• ərizəni doldurmazdan əvvəlki son 12 ay ərzində hər hansı Quebec universitetində ən azı iki universitet semestrini əyani əsaslarla bitirmiş olmalısınız. Bu iki semestr təqaüdün təklif olunduğu təhsil proqramından fərqli proqram üzrə tamamlanmış ola bilər;
• təqaüd ərizəsinin qəbul olunması üçün əyani əsaslarla tədris ili üzrə qeydiyyatdan keçməlisiniz;
• orta hesabla 75% və ya daha çox universitet göstəricisinə sahib olmasınız;
• müraciət edərkən magistr dərəcəsi (MSc) üzrə 3, doktorluq dərəcəsi üzrə isə 9-dan çox semestr tamamlamamış olmalısınız.

Təqaüdün ümumi dəyəri
Magistr tələbələri üçün (MSc, MMF və MMA): 10 000 dollar (bir dəfəlik ödəniş)
Doktorantlar üçün: 17 000 dollar (bir dəfəlik ödəniş)

Necə və nə vaxt müraciət etməli?
• Təqaüdə müraciət akademik şöbə vasitəsilə həyata keçirilir;
• Tam ərizə forması və tələb olunan sənədlər üçün Linkə keçid edin;
• Ərizə təqaüd müddəti ərzində namizədin qeydiyyata alındığı və ya alınacağı universitetə təqdim edilməlidir;
• Birbaşa Foundation-a təqdim olunan müraciətlər avtomatik olaraq imtina ediləcək.

Son müraciət tarixi təsdiq olunacaq.

5. Birləşmiş Krallıq - Qərbi İngiltərə Universiteti - UWE Millennium Təqaüdü
1992-ci ildə əsası qoyulan Qərbi İngiltərə Universiteti Bristolda yerləşən dövlət araşdırma universitetidir. Universitet yüksək mövqeyə malik kurslar və geniş iş imkanları təklif edir.
Qərbi İngiltərə Universiteti magistratura təhsili ** almağı planlaşdıran **beynəlxalq tələbələrə təqaüd təklif edir. Bu təqaüdü alan şəxslər Beynəlxalq Ofis və ya digər şöbələrdə təcrübə keçməli olacaqlar.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət edə bilmək üçün siz:
• bakalavr dərəcəsini Britaniyanın fərqlənməsi yaxud ona bərabər olan göstəricilərlə bitirməli;
• IELTS yaxud ona bərabər olan ingilis dili göstəriciləri yeganə tələb olan müəssisədən tam və ya şərtli qəbulunuz olmalı;
• UWE Bristol-n yeni tələbəsi olmalı yaxud əvvəl Birləşmiş Krallıqda təhsiliniz olmamalıdır;
• ödəniş məqsədilə xarici tələbə kimi təsnif olunmalısınız;
• sponsorlu tələbə olmamalı və ya digər təqaüdünüz olmamalı;
• ərizə ilə birgə rəsmi qiymət cədvəlini də təqdim etməlisiz

Təqaüdün ümumi dəyəri
Təqaüd 2020-ci ilin sentyabrından başlayacaq bir tədris ili üçün nəzərdə tutulur və təhsil haqqının 50%-i dəyərindədir.

Necə və nə vaxt müraciət etməli?
Birinci ingilis dərəcəsinə bərabər tutulan hər hansı bakalavr dərəcəsi əldə etmiş namizədlər təqaüd tapşırığını tamamlayıb UWE Welcome portalı vasitəsi ilə müraciət etməyə dəvət olunacaqlar.

Müraciət üçün son tarix: 30 iyun, 2020.
Müraciət edənlər arasından seçilən şəxslər 24 iyul 2020-ci il tarixinə qədər elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

Əlavə məlumat üçün əlaqə: [email protected]
Təqaüd şərtləri

6. Şotlandiya - Aberdeen Universiteti - Aberdeen Global Təqaüdü
1495-cü ildə qurulan Aberdeen Universiteti Şotlandiyada üçüncü, Böyük Britaniyada isə beşinci ən qədim universitetdir. 120-dən çox ölkədən gələn beynəlxalq tələbələr universitetin təklif etdiyi müxtəlif sahələrdə çeşidli proqramlar üzrə təhsil alır.
Aberdeen Universiteti dünyanın müxtəlif yerlərindən gələn və təhsillərini özləri maliyyələşdirən beynəlxalq magistratura tələbələrinə Aberdeen Global Təqaüdünü təqdim etməkdən məmnunluq duyur.

Təqaüdün ümumi dəyəri
Təqaüd 2020-ci ilin sentyabr ayında başlayacaq tədris ili üçün təhsil haqqına 2000 funt sterlinq endirim təqdim edir.
Necə və nə vaxt müraciət etməli?
• Bu təqaüd üçün müraciət etmək lazım deyil; təqaüd seçim üçün uyğun olan bütün tələbələrin təhsil haqqından çıxılacaq və təqaüdün dəyəri Qəbul məktubunuzda əks olunacaq.
• Zəhmət olmasa, şərtsiz qəbul (unconditional offer) sənədini təsdiq edin və maliyyənin təsdiqini bizə göndərin.

Bu təqaüd üçün xüsusi müraciət tarixi yoxdur.

Əlavə məlumat üçün əlaqə: [email protected]

StudyNet Group Aberdeen Universiteti ilə əməkdaşlıq edərək tələbələrə universitetlərə müraciət prosedurları zamanı bütün köməkliyi göstərir.

7. Amerika Birləşmiş Ştatları – Fulbright Təqaüd Proqramı
Fulbright magistr dərəcəsi almaq istəyən əcnəbi tələbələrə təklif olunan, Birləşmiş Ştatların Dövlət Departamenti və Təhsil və Mədəniyyət İşləri üzrə Büro tərəfindən maaliyyələşdirilən təqaüd proqramıdır.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət edə bilmək üçün siz:
• Azərbaycan vətəndaşı olmalı;
• hal-hazırda Azərbaycanda yaşamalı;
• ərizədə göstərilən sahə bağlı ən azı iki il ardıcıl tam iş stajına sahib olmalısınız.

Təqaüdün ümumi dəyəri
Bütün xərclər (təhsil haqqı, səyahət, yaşayış yeri, tibbi sığorta) proqram tərəfindən tam təmin olunur.

Necə və nə vaxt müraciət etməli?
Müraciət üçün aşağıda göstərilən sənədlər tələb olunur:
Ərizə forması;
• İstək məktubu - esse;
• Təhsil sahəsi haqqında esse;
• 3 tövsiyə məktubu (bir akademik, iki professional-ingilis dilində);
• Əgər mümkündürsə, ərizənin qəbul vaxtına görə standartlaşdırılmış test nəticələri (minimum TOEFL IBT 90 və IELTS 7.0); əks təqdirdə, ərizələri seçilmiş namizədlərdən ABŞ səfirliyinin Bakı ofisi tərəfindən maliyyələşdiriləcək rəsmi TOEFL və GRE testləri vermələri tələb olunacaq;
• CV
• Diplom və transkriptlər (Embarkdakı onlayn ərizə formasına daxil etmək üçün notarial qaydada təsdiqlənmiş diplomlar və transkriptlər ingilis dilində tərcümələri ilə birgə tələb olunur. Səfirliyə sənədin çap versiyasını gətirməyin).

Fulbright müraciətləri üçün son tarix: 28 iyun 2020-ci il, saat 11:59

8. İspaniya – Avropada magistratura təqaüdü
SSBM Cenevrə - qlobal, innovativ və təkrarsız biznes məktəbi yerli və əcnəbi tələbələrə bakalavr, magsitratura və doktorantura pillələri üzrə İsveçrə kefiyyətində təhsil təklif edir.
Bu dəfə universitet post-bakalavr təhsili üzrə təqaüd imkanı təklif etməklə sizə xaricdə təhsil xəyallarınızı reallaşdırmaq şansı verir. Təqaüd 2021-ci ilin yaz semesterində Avropanın istənilən universitetində yaxud post bakalavr məktəbində təhsilə başlayan əcnəbi tələbələr üçün təklif olunur.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət etmək üçün siz:
• Avropada hər hansı post-bakalavr təhsili üçün müraciət etməlisiz (yaxud etmiş olmalısız). (Avropa ölkələrinin rəsmi siyahısı səhifənin aşağısında verilib)
• Müraciət etdiyiniz yaxud edəcəyiniz magistratura təhsili Payız-2020 və Yaz-2021 sessiyaları arasında başlayacaq olmalıdır.
• Dərəcə proqramı Avropa daxilində yaxud distant şəkildə Avropanın hər hansı institundan olmalıdır.
• Qəbul şərtlərinə tam uyğun olmalı, eləcə də:
• Etibarlı bakalavr dərəcəsinə malik olmalı
• Proqramın dil tələblərinə cavab verməli
• Təhsil vizası üçün müraiət edə bilməli
• Vətəndaşı olmadığınız universitetdə tələbə olmalısınız (hazırda xaricdə təhsil almırsınızsa).

Təqaüdün ümumi dəyəri
Təqaüdün ümumi məbləği 5000 Avro təşkil edir.

Necə və nə vaxt müraciət etməli?
Tələb olunan sənədlər aşağıda verilib:
Qısa ərizə forması
• Qısa esse (500-700 söz). Essenin mövzusu – “Niyə xaricdə təhsil üçün bu ölkəni seçmisiz, və bu sizə qlobal düşüncəli bir insan kimi yetişməkdə necə yardımçı olacaq?"

Qaydalar və şərtlər

Müraciət üçün son taix: 17 Avqust 2020

9. Birləşmiş Krallıq – Cardiff Universiteti – Rektor müavinin Beynəlxalq Avropa təqaüdü

Cardiff Universiteti 1883-cü ildə aparıcı araşdırma universitetlərindən biri kimi təsis edilib və dünyanın top 100 universiteti, Birləşmiş Krallığın isə top 20 universiteti arasında olmaq üçün yarışır.

2020-ci tədris ili üçün Rektor müavininin beynəlxalq təqaüdü bakalavr və magistratura səviyyələrində əcnəbi tələbələr üçün maliyyə mükafatı təklif edir.

Kimlər müraciət edə bilər?
Qəbul məktubu olan bütün tələbələr təqaüdə müraciət edə bilər.

Təqaüdün ümumi dəyəri
Təqaüdün ümumi məbləği 2 000 funt təşkil edir.

Necə və nə vaxt müraciət etməli?
Seçilmiş bakalavr proqramından qəbulu olan bütün tələbələr avtomatik olaraq bu təqaüd üçün nəzərdən keçiriləcəklər. Tam qəbulu olan tələbələrə avtomatik olaraq təqaüd təyin olunacaq və məbləğ ödəniş haqqına endirim şəklində təqdim olunacaq.

Azərbaycandan olan tələbələr avtomatik olaraq post-bakalavr təqaüdü üçün nəzərdən keçiriləcəklər.
Qaydalar və şərtlər

Ətraflı məlumat üçün əlaqə: [email protected]

Müraciət üçün son tarix: 21 Avqust 2020

Yuxarıda qeyd olunan təqaüd proqramları yaxud universitetlərin təklif etdiyi dərəcə proqramları ilə bağlı hər hansı sualınız yaranarsa çəkinmədən bizə müraciət edə bilərsiniz. Şirkətimizin 10 ilə yaxın təcrübəyə malik xaricdə təhsil üzrə məsləhətçiləri sizə bütün prosses boyunca lazımi köməkliyi göstərməkdən məmnunluq duyacaqlar.

© 2020 SNG, All Rights Reserved.