Təqaüd Proqramları

23 May 2020

Təqaüd Proqramları

Əlaqə

StudyNet Group şirkəti 9 təqaüd proqramını sizin nəzərinizə çatdırır. Bu məqalədə siz, Birləşmiş Krallıq, ABŞ, Hollandiya, Canada və Avstraliyanın qabaqcıl universitetlərinin təklif etdiyi təqaüd proqramları haqqında ətraflı məlumat əldə edəcəksiniz.

1. Birləşmiş Krallıqda Denys Holland təqaüdü-UCL
UCL universiteti 1826-cı ildə təsis edilməklə Birləşmiş Krallığın Oksford, Kembric-dən sonra 3-cü ən qədim və reytinqli universitetidir. Universitet hazırda Londonun çoxsahəli universitetlərindən biridir və 150 müxtəlif ölkədən gələn 42 minlik tələbə heyətinə, 13 minlik işçi heyətə malikdir. Universitet təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələri üçün təqaüd təsis edir. Təqaüd universitetin ictimai həyatnda faəllıq nümayiş etdirəcək və Birləşmiş Krallıq, Avropa birliyi və digər ölkələrdən olan gələcək tələbələrə şamil edilir. Təqaüd yalnız 2020/21 tədris ilində qəbul olan tələbələrə tətbiq edilir.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət etmək üçün sizin:
• UCL tələbə qeydiyyat nömrəniz olmalı;
• aktiv UCAS ərizə nömrəniz olmalı (UCAS qeydiyyat nömrəsindən fərqlənir);
• 2020 Sentyabr ayında başlayacaq olan UCL-də istənilən istiqamətdə əyani təhsil proqramından qəbul məktubunuz olmalı;
• maddi cəhətdən təqaüdə ehtiyacınız olmalı;
• universitetin sosial həyatında fəal iştirak etmək qabiliyyətinə malik olmalısız.
Təqaüdün ümumi dəyəri:
Təqaqüd 3 il ərzində hər il üzrə £9,000 məbləğində nəzərdə tutulur və tələbənin elmi göstəricilərinə görə dəyişə bilər.

Nə vaxt və necə müraciət etməli?
Ərizə forması və xüsusi qeydlər üçün aşağıdakı linklərə keçid edin:
Ərizə forması
Qaydalar
Tamamlanmış ərizələr və tələb olunan sənədləri elektron qaydada [email protected] ünvanına göndərilə bilər.
Təqaüdə müraciət üçün son tarix: 3 İyul 2020-ci il
StudyNet Group şirkəti UCL universitetinin ölkəmizdə yeganə partnyoru olaraq, hər il onlarla tələbənin xaricdə təhsil alması üçün məhz bu universiteti seçməsinə şahidlik edir.

2. Bristol Universiteti –“ Böyük hədəflər” təqaüdü
Bristol Universiteti əcnəbi tələbələr üçün təqaüd proqramı elan edir.
Universitet 1876-cı ildə yaranıb və bakalavr və post bakalavr təhsil səviyyələrində çoxlu sayda təhsil proqramları təklif edir. Universitet QS reytinqinə görə Birləşmiş Krallığın top 10 universiteti arasındadır, məzunlarının işlə təmin olunma qabiliyyətinə görə Birləşmiş Krallıq üzrə 4-cü yerdə, yerləşməsinə görə isə 1-ci yerdə qərarlaşır.
Təqaüd 2020-ci ilin Sentyabr ayında başlayacaq bir illik əyani təhsil proqramının tələbələrinə dəstək üçün nəzərdə tutulub və təhsil haqqından imtina edən tələbələrə təqdim olunur.

Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət etmək üçün siz:
• təhsil haqqı ödəyən əcnəbi tələbə olmalı
• 2020 Sentyabr qəbulunda bir illik əyani post bakalavryat təhsili üçün müraciət etmiş olmalısınız.
Təqaüdün ümumi dəyəri:
Universitet £5,000, £10,000 və £20,000 məbləğlərində bir neçə sayda təqaüd təklif edir.
Necə və nə vaxt müraciət etməli?
Müraciət etmək üçün aşağıdakı linkdən onlayn ərizə formasına keçid edə bilərsiniz:
Onlayn ərizə forması
Şərtlər haqqında ətraflı məlumat
Bu təqaüdə müraciət iki raundda aparılır:
• Birinci raund üçün son tarix: 29 Mart 2020. Uğurlu namizədlər 24 Aprel 2020 tarixədək email vasitəsilə məlumatlandırılacaqlar.
• İkinci raund üçün son tarix: 14 İyun 2020. Uğurlu namizədlər 10 İyul 2020 tarixədək email vasitəsilə məlumatlandırılacaqlar.

3. Westminster Universitetində tam təqaüd proqramı – Birləşmiş Krallıq
Westminster universitetinin 180 yaşı var və Londonun ilk politexnik universiteti olmaqla, İngiltərədə işləyən təbəqənin təhsili almasına yönəlmiş ilk universitetlərdən biridir. Hazırda universitet müxtəlif ölkələrdən gələn tələbələrə müxtəlif ixtisaslar üzrə bakalavr və post bakalavr proqramları təklif edir.
Westminster universitetinin təqdim etdiyi tam təqaüd proqramı, yaşam xərcləri, qalmaq və uçuş biletlərini əhatə etməklə orta gəlirli ölkələrdən gələn tələbələrə maliyyə dəstəyi göstərir (Azərbaycan daxildir). Ona görə də, təqaüd üzrə seçim əsasən maliyyə ehtiyaclarına və tələbənin perspektivinə, elmi göstəricilərinə görə aparılır. Təqaüd hər il tələbənin qiymət göstəricilərinə əsasən yenilənir.

Kimlər müraciət edə bilər?
Bu təqaüdə müraciət etmək üçün siz:
• Inkişaf etməkdə olan ölkənin vətəndaşı olmalı
• əyani bakalavr təhsilo proqramında qəbul məktubunuz olmalı
• maliyyə dəstəyinə ehtiyacınız olmalıdır

Necə və nə vaxt müraciət etməli?
Təqaüdə müraciət etmək üçün müvafiq ərizə formasını yükləyib lazımi sənədlərlə birlikdə [email protected] emailinə göndərməlisiniz.
Ərizə forması

Ərizənin təqdim olunması üçün son tarix 29 May 2020.
StudyNet Group şirkətinin sıx əməkdaşlıq etdiyi universitetlər arasında Westminster universiteti də var və hər il onlarla tələbə şirkətin məsləhəti ilə universitetə müraciət edir.

4. Leiden Universitetinin Əlaçılıq təqaüdü (LexS) - Hollandiya
Leiden Universiteti 1575-ci ildə təsis edilib və Avropanın aparıcı tədqiqat universitetlərindən biri olmaqla, incəsənət, humanitar və texniki elmlər sahəsində yeddi istiqamətdə təhsil proqramları təklif edir. Kampusları Leiden və Haaqa şəhərlərində paylanıb. Universitet yerli və əcnəbi tələbələrə istənilən təhsil səviyyəsi üzrə proqramlar təklif edir.

Leiden Universiteti Hollandiyada Əlaçılıq təqaüdü elan edir və Avropa birliyi/Avropa İqtisadi zonasına daxil olmayan ölkələrdən gələn əcnəbi tələbələrə aşağıdakı fakultələr üzrə 2020 Sentyabr qəbulunda bütün Magistratura proqramlarına təqaüd təklif edir:
• Arxeologiya
• Humanitar
• Tibb
• İdarəetmə və qlobal işlər
• Hüquq
• Sosial və ətraf mühit elmləri
• Texniki elmlər
• Müəllimləri təkmilləşdirmə mərkəzi
• Təhsilin inkişafı və təlimi (ICLON)
• Afrika elmləri mərkəzi
• Asiya elmləri üzrə beynəlxalq insitut

Kimlər müraciət edə bilər:
• Əvvəlki təhsil pilləsində əla nəticələr göstərən və bu nəticələrin müraciət etdiyi magistratura proqramına uyğun gəldiyi tələbələr. Göstərici kimi tələbə əvvəlki təhsil proqramında nailiyyəti top 10%-likdə olmalıdır.
• Müraciət edən şəxs Avropa İqtisadi Zonasına daxil olmayan ölkənin vətəndaşı olmalı və Hollandiyada təhsil qrantları və güzəştlər (Studiefinanciering) əldə etmək imkanına malik olmamalıdır.
Təqaüdün ümumi dəyəri:
Proqram çərçivəsində 3 təqaüd təsis edilir:
• Təhsil haqqının € 10.000 hissəsi
• Təhsil haqqının € 15.000 hissəsi
• Ümumi təhsil haqqı ilə dövlətin təsis etdiyi təhsil haqqı (Hollandiya universitetlərində) arasında olan nisbət fərqi

Necə və nə vaxt müraciət etməli?
Təqaüdə müraciət etmək üçün xüsusi ərizə forması yoxdur. Magistratura proqramına müraciət edərkən Təqaüd qeyd olunan hissəni işarələmək kifayətdir.
Magstraturaya müraciət linki
Qaydalar aşağıda verilib:
• Leiden Universitetində Magsitratratura proqramına onlayn şəkildə müraciət edib ərizə rüsumunu ödəyirsiz.
• Ərizə formasındakı müvafiq bölmədə təqaüd hissəsini seçirsiz və LExS təqaüdü üçün müraciət etdiyinizi qeyd edirsiz.
• LExS təqaüdü üçün istək məktubunuzu göstərilən qaydada yükləyin. Sənəd pdf fayl olmaqla 500 sözdən ibarət olmalı və sizin nə üçün təqaüdə müraciət etdiyinizi göstərməlidir.
• Təqaüdün son tarixinə qədər ərizə formasını təqdim etmək lazımdır.
• Əgər siz birdən çox proqram üçün müraciət edirsinizsə, və hər biri üçün LExS təqaüdünü seçmək istəyirsinizsə bunu aydın şəkildə hər bir ərizə formasında ayrıca olara qeyd edib hər biri üçün ayrı-ayrılıqda istək məktubları təqdim etməlisiz.
Təqaüdə müraciət etmək üçün son tarix proqramların başlanğıc tarixinə görə fərqləni:

  • Fevralda başlayacaq proqramlar üçün: 1 Oktyabr
  • Sentyabrda başalayacaq proqramlar üçün: 1 Fevral
    İstisna – Hüquq üzrə magistra proqrmaları üçün: 1 March

Artıq neçə illərdir ki StudyNet Group şirkəti bir çox Hollandiya universitetləri ilə olduğu kimi Leiden universiteti ilə də əməkdaşlıq edir və tələbələrə ərizə və qəbul prosseslərində yaxından köməklik göstərir.

5. KAIST Beynəlxalq Tələbə Təqaüdü – Koreya Elm və Texnologiyalar institute, Cənubi Koreya

Cənubi Koreya universiteti KAIST-də bakalavr təhsili almağı planlaşdıran əcnəbi tələbələr üçün təqaüd proqramı təklif edir.

Təqaüdə yalnız əcnəbi tələbələr müraciət edə bilər. Yeganə kriteriya bundan ibarətdir.

Təqaüdün ümumi dəyəri
Təqaüd universitetə qəbul alan tələbələrin bütün xərclərini əhatə edir:

  • 8 semester boyunca təhsil haqqı;
  • Ay ərzində 350,000 KRW məbləğində yaşam xərcləri;

Necə və nə vaxt müraciət etmək lazımdır?
Müraciət proseduru Qəbul ərizəsi ilə eynidir. Proqram üçün onlayn müraciət edən zaman Maliyyə mənbələri bölməsində ‘KAIST təqaüdü’-nü seçməlisiz.

Onlayn ərizə forması

Müraciət üçün son tarix: May 22, 2020. Proqramlar 2020-ci ilin yaz və payız sessiyalarında başlayır.

6. Əcnəbi tələbələr üçün Hubert Humphrey təqaüdü – USA
Hubert H. Humphrey təqaüd proqramı Amerika Birləşmiş Ştatlarında dərəcə olmayan akademik təhsil və professional təcrübə proqramı təklif edir. Proqramın müddəti 10 ay təşkil edir və iştirakçılar ictimai və özəl sektorda nümayiş etdirdikləri liderlik bacarıqlarına görə seçilir. Proqram başlandığı 1978-ci ildən indiyə qədər 157-dən artıq ölkədən gələn 6 min iştirakçısı olub və 40 universitet proqram iştirakçılarına ev sahibliyi edib.

Proqramda iştirak edərək siz seçilmiş universitet kurslarında, konfranslarda iştirak edərək praktiki iş təcrübəsi əldə edəcəksiniz. Proqrama daxil olan sahələr – Kənd təsərrüfatı və ucqar zonaların inkişafı, Rabitə/Jurnalistika, İqtisadi inkişaf, Təhsilin idarə edilməsi, Planlaşdırma və Siyasət, Maliyyə və Bankçılıq, Ali təhsilin idarə edilməsi, İnsan resurslarının menecmenti, Hüquq və insan haqları, Təbii ehtiyatlar, Ətraf mühit siyasəti və İqlim dəyişikliyi, İctimai səhiyyə və menecment, İctimai mövqeyin analizi və İctimai nəzarət, Maddələrdən sui istifadə təhsili; Emal və qarşısının alınması, İngilis dilinin xarici dil kimi tədrisi, Texnologiya siyasəti və menecment, İnsan alveri və qarşısının alınması, Şəhər və regional planlama.
Kimlər müraciət edə bilər:
Təqaüd proqramına müraciət edmək üçün kriteriyalar:
• Bakalavr dərəcəsi
• Minimum beş illik professional sahədə təcrübə
• Əvvəllər Birləşmiş Ştatlarda təcrübənin olmaması və ya az təcrübə,
• Liderlik kefiyyətləri
• İcmada ictimai xidmətləri
• İngilis dili bacarığı
Təqaüd əhatə edir:
• Təhsil haqqı və təyin olunmuş universitet üçün ödəniləcək məbləğ;
• Tələb olunarsa, yuxarı səviyyədə ingilis dili məşğələsi ;
• Yaşayış icazəsi və bir dəfə üçün yerləşmə icazəsi ;
• Qəza və xəstəlik hallarının təminatı;
• Kitablar;
• Bir dəfəlik computer avadanlığı;
• Uçuşlar (Amerikaya və geri uçuş, həmçinin proqramdaxili tədbirlərdə iştirak üçün ölkədaxili uçuş);
• Sahə turları, ixtisas yönümlü səyahətlər və konsfranslar üçün Professional İnkişaf İcazəsi.

Necə və nə vaxt müraciət etməli?
Bütün ərizələr onlayn şəkildə təqdim olunur və aşağıdakı sənədləri əhatə etməlidir:
• Tamamlanmış ərizə forması
• Hazırki iş yerindən tövsiyyə məktubu
• 2-ci tövsiyyə məktubu
• CV
• Universitet diplomunun surət(lər)i

Onlayn ərizə forması

Müraciət üçün son tarix hər ölkəyə görə dəyişir. Azərbaycandan olan tələbələr üçün 21 İyun 2020.

Proqram iştirakçılarının maraqlı təcrübələri haqda buradan oxuyun.

7. Manitoba Universiteti – Post bakalavryat təqaüdü
Manitoba Universiteti qərbi Kanadanın ilk universiteti olmaqla Kanadanın intensive tədqiqat universitetləri arasında top 50-likdə yer alır. Universitet Winnipeg, Manitobada yerləşir və təklif etdiyi 100-ə yaxın universitetdən 49-u doctorluq üzrə, 95-i magistratura və biri diplom proqramıdır.

Post-bakalavryat təhsili üzrə əyani əsaslarla təhsil alan və yüksək intelektual bacarıq və elmi nailiyyətlər nümayyiş etdirən tələbələr üçün hər il təqaüd proqramı təklif edir.
Kimlər müraciət edə bilər?
Proqrama müraciət etmək üçün tələblər:
• Minimum GPA - 3.0
• Sponsor tərəfindən maliyyələşməyən əyani əsaslı Magistratura və ya doktorantura proqramından qəbul
Təqaüdün ümumi dəyəri:
Magistratura tələbələri üçün: il üzrə $14,000 (1 yaxud 2 il) – ümumi məbləği $28,000 qədər
Doktorantura tələbələri üçün: il üzrə $18,000 (1, 2 yaxud 3 il) – ümumi məbləğ $72,000 qədər

Necə və nə vaxt müraciət etməli?
Təqaüdə müraciət proseduru və müraciət üçün son tarix departamentlərə görə dəyişir. Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edib hər bir departament üzrə ətraflı məlumat üçün email vasitəsilə sorğu göndərə bilərsiniz: Departamentlərlə əlaqə

8. Post-bakalavryat tədqiqat təqaüdləri
1853-cü ildə əsası qoyulan Melburn Universiteti, əsasən tədqiqat, təlim, tədris və öhdəliyə fokuslanan ictimai yönümlü universitetdir. Universitet Taymsın 2017-18-ci il dünya universitenin təhsil göstəricilərinə görə Avstraliya universitetləri arasında 1-ci, dünya universitetləri arasında 32-ci yerdədir.
Melburn Universiteti tədqiqat və ya doktorluq dərəcəsi üzrə istənilən magistr dərəcəsinə qeydiyyatdan keçmək istəyən və hazırda Melburn Universitetində istənilən tədris sahəsi üzrə həmin proqramlardan birində təhsil alan məzun tələbələr üçün 600-dən çox təqaüd proqramı təklif edir
Kimlər müraciət edə bilər?
Bu təqaüdü almaq üçün Melburn Universitetində məzun tədqiqat dərəcəsi üçün müraciət etməli və bura daxil olmaq üçün lazımi tələblərə cavab verməlisiniz və ya hal-hazırda Melburn Universitetindəki məzun tədqiqat dərəcəsi üçün qeydiyyatdan keçmiş olmalısınız.
Təhsil haqqı ilə birgə əlavə ödənişin də daxil olduğu Məzun Tədqiqat Təqaüdləri beynəlxalq tələbələrə akademik göstəricilərinə əsasən verilir.
Ümumi dəyəri:
Tam təhsil haqqını ödəyən (100%) və 110.000 dollara qədər xərcləri əhatə edən təqaüdə bunlar daxildir:
• Tədqiqat dərəcəsi üzrə magistr təhsili alan tələbələr üçün iki ilədək, doktorluq dərəcəsi üzrə təhsil alan tələbələr üçün dörd ilədək ödəniş haqqı;
• Tədqiqat dərəcəsi üzrə magistr təhsili alan tələbələr üçün iki ilədək, doktorluq dərəcəsi üzrə təhsil alan tələbələr üçün 3,5 ilədək illik 31.200 dollar dəyərində yaşayış müavinəti.
• Avstraliyada təhsil almaq üçün tələbə vizasına ehtiyacı olan beynəlxalq tələbələr üçün Xarici Tələbənin Sağlamlıq Xərcləri (OSHC).
Necə müraciət etməli?
Heç bir əlavə ərizə tələb olunmur!

  • Əgər siz yeni bir tələbəsinizsə və məzun tədqiqat kursu üçün ərizənin son qəbul tarixinə qədər müraciət etmisinizsə, avtomatik olaraq Məzun Tədqiqatları Təqaüdləri üçün nəzərdən keçiriləcək və ərizə müraciətinizi təsdiqlədikdən sonrakı yeddi gün ərzində təqaüd müraciətinin qeydinizə əlavə edildiyi barədə bildiriş alacaqsınız.
  • Əgər artıq tədqiqat dərəcəsi üçün müraciət etmisinizsə və təqaüd axtarışındasınızsa, növbəti il təqaüd almaq üçün onlayn müraciət formasını 31 oktyabr tarixinə qədər təqdim etməlisiniz.

9. Sidney Universiteti Beynəlxalq Təqaüdlər
Sidney Universiteti 1850-ci ildə qurulub və Avstraliyanın ilk universiteti olaraq digərlərindən seçilir. Universitetin məzunlarına millət vəkili Maykl Kirbi, jurnalist və diktor Meri Kostakidis, yazıçı Kliv Ceyms, opera müğənnisi Deym Coan Suterland və aktivist Çarlz Perkins daxildir. Qof Uitlem və qabaqcıl ürək transplantasiya cərrahı Viktor Çanq tibb, sənaye, siyasət və incəsənətə gətirdikləri yeniliklər ilə universiteti qürurlandırıb.
Sidney Universiteti universitetə müraciət etməyi planlaşdıran və ya artıq tədqiqat dərəcəsi üçün qeydiyyatdan keçmiş, yüksək akademik təcrübəsi olan beynəlxalq tələbələrə magistr dərəcəsi üzrə təqaüdlər təklif edir.
Kimlər müraciət edə bilər?
Təqaüdə müraciət etmək üçün siz:
• artıq təhsilə başlayan və ya qeydiyyatdan keçmiş beynəlxalq tələbə olmalısınız
• yüksək akademik nailiyyətlərə və tədqiqat potensialına malik olmalısınız
• şərtsiz qəbul təklifi almalı və ya hazırda Sidney Universitetində tədqiqat və ya doktorluq təhsili almaq üçün magistr qeydiyyatından keçmiş olmalısınız
• təhsil haqqını ödəyəcək başqa təqaüdə sahib olmamalısınız
Təqaüdün ümumi dəyəri:
Təqaüd illik 35.000 dollar dəyərindədir və Xarici Tələbələrin Sağlamlıq sığortaları, təhsil haqqları və yaşayış xərclərini əhatə edir.
Necə və nə vaxt müraciət etməli?
Müraciət ərizələri bütün il boyu açıqdır, təqaüdlər il boyu verilir.

  • Hazırda qeydiyyatdan keçmiş tələbələr aşağıda göstərilən linkdən istifadə edərək müraciət etməlidirlər: Onlayn müraciət linki
  • Namizəd tələbələr yoxlama qutusunu seçərək universitet ərizə forması ilə birlikdə müraciət edə və magistr dərəcəsi almaq üçün müraciət ərizəsini tamamlayarkən eyni zamanda tədqiqat təqaüdləri üçün də nəzərdən keçirilə bilərlər. Sidney Universiteti 1850-ci ildə qurulub və Avstraliyanın ilk universiteti olaraq digərlərindən seçilir. Universitetin məzunlarına millət vəkili Maykl Kirbi, jurnalist və diktor Meri Kostakidis, yazıçı Kliv Ceyms, opera müğənnisi Deym Coan Suterland və aktivist Çarlz Perkins daxildir. Qof Uitlem və qabaqcıl ürək transplantasiya cərrahı Viktor Çanq tibb, sənaye, siyasət və incəsənətə gətirdikləri yeniliklər ilə universiteti qürurlandırıb.
© 2020 SNG, All Rights Reserved.