Tələbələrin ONCAMPUS Southampton-u seçmə səbəbləri

20 Avqust 2022

Tələbələrin ONCAMPUS Southampton-u seçmə səbəbləri

Əlaqə

1862-ci ildə universitet olaraq təsis edilən Southampton Universiteti, tədqiqat və təhsil vasitəsilə dünyanı yaxşılığa doğru dəyişən dünya səviyyəli, tədqiqata rəhbərlik edən universitetlər qrupu, nüfuzlu Russell Group-un qurucu üzvlərindən biridir.

Dünyanın ən yaxşı 100 universitetlərindən biri olan Sauthampton Universiteti 150 ildən çox tarixə malikdir və hazırda 22.000-ə yaxın tələbəyə ev sahibliyi edir. Russell Group-un qurucu üzvü kimi tədqiqat onun əsasını təşkil edir və qlobal tərəfdaşlıqlar və ən müasir avadanlıqlar vasitəsilə Universitet dünyanın tədqiqat problemlərindən bəziləri ilə məşğul olur.

Bunlarla yanaşı, ONCAMPUS Southampton həmçinin Business Analytics kursları da təklif edir. Bu kurslar Chartered Management of Accountants (CIMA) və Advance Collegiate Schools of Business School (AACSB) Assosiasiyası tərəfindən akkreditə olunmuşdur.

Sauthampton Universitetinin Mühəndislik və Fizika Elmləri Fakültəsi alim və tədqiqatçıların təcrübəsi, həmçinin Highfield və Baldrewood kampuslarında yüksək keyfiyyət standartları və imkanları ilə xüsusi seçilir.

Sauthamptonun biznes və sənaye ilə güclü əlaqələri məzunların öz potensiallarını kəşf etməyə və reallaşdırmağa kömək etmək üçün çoxsaylı imkanları olduğunun göstəricisidir. Adı çəkilən imkanlara işlə təminat, təcrübə və könüllülük təcrübəsi, eləcə də karyera sərgiləri, fərdi məsləhət sessiyaları və bir sıra tədbirlər daxildir.

Oncampus-un rəsmi nümayəndələrindən biri kimi StudyNet Group dünya miqyasında beynəlxalq və yerli tələbələrə təhsil dəstəyi təklif edir.

© 2020 SNG, All Rights Reserved.