Tələbələrin nəzərinə!

01 Aprel 2020

Tələbələrin nəzərinə!

Əlaqə

Tələbələrin nəzərinə!

İllinoys Texnologiya Universiteti 2020-ci il payız mövsümü üzrə ərizə qəbulu üçün tələbərdən GMAT/GRE-ni çıxarmaq qərarına gəlib.
Bu yalnız aşağıdakı proqramlara müraciət edən tələbələr üçün tətbiq edilir:

  • Tətbiqi kiber təhlükəsizlik və rəqəmsal ekspertiza
  • Tətbiqi riyaziyyat
  • Tətbiqi fizika
  • Memarlıq mühəndisliyi
  • Memarlıq
  • Biologiya
  • Biomedikal mühəndislik
  • Kimyəvi mühəndislik
  • Kimya
  • İnşaat mühəndisliyi
  • Kompüter analizləri və əməliyyatların tədqiqi
  • Kompüter mühəndisliyi
  • Kompüter elmi
  • Elektrik və kompüter mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Ekoloji mühəndislik
  • Ekoloji idarəetmə və davamlılıq
  • Maliyyə
  • Qida emalı mühəndisliyi
  • Qida təhlükəsizliyi və texnologiyası
  • İdarəetmə elmi
  • İstehsalat mühəndisliyi
  • Marketinq analitikası
  • Materiallar və mühəndislik
  • Mexaniki və aerokosmik mühəndislik
  • Molekulyar biokimya və biofizika
  • Fizika

Universitet haqqında ümumi məlumat:
Beynəlxalq nüfuzu:

  • 2020-ci ilin ən yaxşı milli kollecləri sıralamasında 117-ci yer
  • Keçmiş hərbi qulluqçular üçün ən yaxşı kolleclər sıralamasında 80-ci yer
  • Ən dəyərli kolleclər sıralamasında 36-cı yer İlinoys Texnologiya Universitetinin əsası 1890-cı ildə qoyulmuşdur və ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Universitetin tələbə heyəti 7266 nəfər təşkil edir.

Magistratura proqramına müraciət etmək üçün tələb olunanlar:

  • Universitetin internet portalı vasitəsilə onlayn ərizə formasının təqdim olunması;
  • Ərizə rüsumu – 75 dolların elektron qaydada ödənilməsi; Qeyd:İllinoys Universitetində təhsil alan tələbələr və məzunları bu rüsumdan azaddır.
  • Bütün əvvəlki təhsilinə aid qiymət vərəqinin təqdim olunması;
  • Esse formatında yazılan və bu proqram üçün müraciətinizin səbəbini əhatə edən motivasiya məktubunun (həcmi 500-2000 söz) təqdim olunması;
  • CV-nin təqdim olunması;
  • Onlayn portal vasitəsilə tövsiyə məktublarının təqdim olunması; Qeyd: Məktublar sizin müəlliminiz və ya rəhbəriniz tərəfindən təqdim olunmalıdır.

Son tarix:
Lewis Kollecində Humanitar elmlər üçün: 15.08 2020
Chicago-Kent Hüquq Kolleci, Memarlıq və Layihə İnstitutu üçün: 15.05.2020
Qəbul barədə tələbələrə 1 May tarixində və ya daha erkən məlumat veriləcəkdir.
Avtomatik təqaüd:

Universitet ərizənin son tarixinə qədər müraciət edən tələbələrə avtomatik olaraq məzun təqaüdləri, mükafatlar və assistentlik üzrə təqaüd verməyin mümkünlüyünü nəzərdən keçirəcəkdir. Departament yalnız yüksək göstəricilərə sahib olan və əyani təhsil alan tələbələri mükafatlandıracaq və onlara qəbul məktubu üzərindən bildiriş göndərəcəkdir.

Xidmətlərimiz:
Studynet Group neçə illərdir ki, universitetlərə müraciət ərizələrinin hazırlanmasına və yuxarı sinif şagirdlərinin xaricdə təhsillərini davam etdirmələrinə köməklik edir.

Şirkətimiz əlavə olaraq aşağıdakı xidmətləri təklif edir:

  • Tələbələrin proqram seçiminə köməklik;
  • Müraciət ərizələrinin hazırlanması;
  • Qalmaq üçün yerin təşkil olunması;
  • Vizanın alınmasına köməklik.
© 2020 SNG, All Rights Reserved.