Təhsilinizə QMUL ilə başlayın

02 Fevral 2022

Təhsilinizə QMUL ilə başlayın

Əlaqə

London Queen Mary Universitetinin Biznes və İdarəetmə Məktəbi biznes sahəsində bir sıra proqramlar təklif edir.

Biznes və İdarəetmə Məktəbi bakalavr dərəcəsi ilə tələbələrə Böyük Britaniyanın maliyyə mərkəzinə yaxın olan ruhlandırıcı və rəqabətli təhsil təklif edir. Yüksək keyfiyyətli təhsil çərçivəsində SBM-in Karyera Komandası hər bir tələbəyə mükəmməl CV yazmaqda, diqqətəlayiq müraciətlər etməkdə, müsahibələrdə müsbət təəssürat yaratmaqda və digər bu kimi proseslərdə kömək etməyə hazırdır.

İştirak edə biləcəyiniz misilsiz fürsətlərdən bəziləri bunlardır:

QConsult tələbələrə Böyük Britaniyada, eləcə də beynəlxalq səviyyədə biznes, xeyriyyə təşkilatları və sosial müəssisələrin üzləşdiyi problemləri həll edən çoxsahəli komandalarda işləmək şansı verən -dur.

Karyera seçimlərində isə QTaster ən yaxşılarındandır, belə ki, o tələbələrə öz karyera seçimlərini araşdırmaqda kömək edir, onlara müxtəlif şirkətlər və vakansiyalar haqqında məlumat əldə etməyə imkan verir, bu isə öz növbəsində tələbələrə orada nə ilə qarşılaşacaqlarını və onlara nəyin uyğun olduğunu kəşf etmələrinə imkan verir. Həmçinin təcrübə əldə etmək istəyən tələbələr üçün QTaster onlara bu təcrübəni qazanmaq və şəbəkələrini qurmaq istəyə biləcəkləri şirkətlər haqqında məlumat əldə etmək fürsəti yaradır.

QTemps kampusda və ondan kənarda bir sıra imkanlar təklif edir. Yarı iş saatlı, seçimlər axtaran tələbələr qeydiyyatdan keçib QTemps-ə qoşula bilərlər.

StudyNet Group QMUL-un aparıcı tərəfdaş agentliklərindən biridir və biz tələbələrimizə təhsil yollarının bütün addımlarında kömək etməkdən məmnunuq.

© 2020 SNG, All Rights Reserved.