StudyNet Group Woolf Colleges ilə yeni Əməkdaşlığa başlayır!

22 Oktyabr 2022

StudyNet Group Woolf Colleges ilə yeni Əməkdaşlığa başlayır!

Əlaqə

StudyNet Group-un Woolf Colleges ilə yeni tərəfdaşlıq qurduğunu elan etməkdən məmnunuq. Bu əməkdaşlıq dünyanın hər yerindən yüksək potensiala sahib tələbələri Woolf-un ali dərəcəli proqramlarına qəbul üçün hazırlayacaq.

Bu ali təhsil müəssisəsi ixtisaslı təhsil təşkilatlarına üzv kollec kimi daxil olmağa və akkreditə olunmuş dərəcələr təklif etməyə imkan verən ilk qlobal kollegial universitetdir.

“Kollegial universitet (Collegiate University) nədir?” - sualı yarandısa, o halda aşağıda qeyd olunan cavablar ilə tanış ola bilərsiniz:

Kollegial universitet (Collegiate University) Oksford və ya Kaliforniya Universitetlərinə bənzər ali təhsil müəssisəsidir..
Burada bütün tələbələr birbaşa kollecə daxil olurlar. Belə ki, tərkibə daxil olan kolleclər Woolfun tam üzv kollecləridir.
Nəhayət, akkreditə olunmuş dərəcənizin qlobal tanınması üçün narahat olmağa ehtiyac yoxdur. Hər biri sonda dərəcə proqramları olaraq təsis edilir.

Woolf-un tərkibində yer alan kolleclər müxtəliflik, rəqabət və yüksək təhsil keyfiyyəti baxımından güclü təhsil müəssisəsi hesab olunur. Habelə, Kolleclər öz üzvlərinin, o cümlədən müəllim və tələbələrin dəstəyinə görə məsuliyyət daşıyırlar.

Bütün bunlarla yanaşı, bütün sahələrdə Woolf maraq, intellektual nizam-intizam və ifadə aydınlığı dəyərlərini aşılamağa çalışır. Woolf ən son akademik təhsil üsulundan istifadə edərək tədqiqata əsaslanan tədrisə üstünlük verir və Woolf öz professor-müəllim heyətini əsaslı tədqiqatlarla məşğul olmağa təşviq edir.

StudyNet Group komandası Avropa, Böyük Britaniya və ya ABŞ-da təhsillə bağlı bütün suallarınızı cavablandırmağa və ərizə prosedurları, tələbə vizasının alınması, yaşayış yerinin rezervasiyası və bütün digər əlaqəli proseslərdə tələbələrə tam dəstək göstərməyə hər zaman hazırdır.

© 2020 SNG, All Rights Reserved.