StudyNet Group və London International Academy - yeni əməkdaşlıq!

08 May 2023

StudyNet Group və London International Academy - yeni əməkdaşlıq!

Əlaqə

StudyNet Group-un indi Kanada özəl orta məktəbi London International Academy-nin Azərbaycandakı rəsmi nümayəndəsi olduğunu bildirməkdən məmnunluq duyuruq.

London International Academy (LIA) London, Ontarionun ən böyük özəl orta məktəbidir. LIA həm də ölkədə IB Diplom Proqramı təklif edən yeganə özəl məktəbdir (boarding school). Məktəb yüksək akademik və praktiki STEM proqramı ilə tanınır. Tələbələr Kanadada keçirilən riyaziyyat, robototexnika və elm yarışlarında ən yaxşı rəqiblər arasında olmaqla tanınırlar.

LIA Ontario Təhsil Nazirliyi tərəfindən 9-12-ci siniflər üzrə akademik proqram üzrə sertifikatlaşdırılıb və Ontario Orta Məktəb Diplomu (OSSD) vermək səlahiyyətinə malikdir. LIA həm də 2 illik IB Diplom Proqramı təklif edən səlahiyyətli IB Dünya Məktəbidir.

Qeyd edək ki, LIA bütün il boyu - sentyabr, yanvar, may və iyul aylarında akademik qəbul təklif edir.

Bundan əlavə, London International Academy (LIA) yalnız StudyNet Group tələbələri üçün GPA balından asılı olmayaraq 1 tələbə üçün 100%-ə qədər xüsusi zəmanətli təqaüd təklif edir!
Məktəb həmçinin qəbul alan tələbələri Macbook Air ilə təmin edir! Övladınızın təhsil səviyyəsinə görə ilk yerlərdə qərarlaşan Kanadada təhsil almasını istəyirsinizsə, bu fürsəti qaçırmayın və bizimlə əlaqə saxlamağa tələsin!

StudyNet Group hər zaman yüksək keyfiyyətli ali təhsil sistemlərinə sahib təhsil müəssisələri ilə yeni və güclü əməkdaşlıqlar qurmaqdan qürur duyur.

© 2020 SNG, All Rights Reserved.