Southampton Universitetində Ali Təhsil imkanı

11 Dekabr 2021

Southampton Universitetində Ali Təhsil imkanı

Əlaqə

Southampton şəhərinin mərkəzində yerləşən ONCAMPUS Southampton universiteti ən nüfuzlu təhsil müəssisələrindən biri kimi çıxış edir.

ONCAMPUS Southampton-un müxtəlif fakültələri tələbələrə gələcək liderlərlik və qərar qəbul etmə bacarıqlarının formalaşdırılması ilə yanaşı vacib olan tənqidi düşüncə və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməyə imkan verən müxtəlif sahələrdə geniş proqramlar təklif edir.

Southampton Universiteti daxilində fəaliyyət göstərən Biznes Məktəbi müasir biznes dünyasında uğur qazanmaq üçün tələb olunan mütəxəssis bacarıqlarını təmin edir. Tələbələr öz sahələrində qabaqcıl yerə malik olan akademiklər tərəfindən tədris olunmaqla birlikdə mürəkkəb və bir o qədər də keyfiyyətli təhsil mühitində çalışırlar.

Qeyd edilməlidir ki, Southampton Universitetində marketinq ixtisası yüksək dərəcəyə malikdir və tələbələrə effektiv marketinq qərarları qəbul etmək bacarıqlarını təmin edən hərtərəfli anlayış yaradan rəqəmsal, yaradıcı və məlumat bacarıqlarının vəhdətdə olduğu təhsil təqdim edir.

Southampton Universitetində Biznesin idarə edilməsi proqramı müasir biznesin idarə edilməsinə dair geniş anlayışlar əldə etmək üçün riyaziyyat və kompüter elmlərindən istifadə edərək, aydın multidissiplinar yanaşma təklif edir.

Bundan əlavə, bu dərəcə tələbələri startaplardan tutmuş böyük korporasiyalara qədər şirkətlərdə karyera qurmağa hazırlayır.

StudyNet Group Southampton Universitetinin yerli təmsilçilərindən biridir. Belə ki, tələbələrimiz yüksək keyfiyyətli təhsil ilə yanaşı tərəfdaş universitetin tələbələrimiz üçün təklif etdiyi müxtəlif üstünlüklərdən yararlana bilərlər.

Bütün proseslərdə tam dəstək və yüksək xidmətlərdən yararlanmaq üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.