SNG-nin yeni ICEF Agent Statusu

04 Dekabr 2021

SNG-nin yeni ICEF Agent Statusu

Əlaqə

StudyNet Group qürürla diqqətinizə çatdırır ki, ICEF Berlin 2021-də uğurla iştirak etdikdən sonra ICEF Agentlik Statusuna (IAS) nail olmuşdur.

StudyNet Group dünyanın hər yerindən təhsil təminatçıları və tələbə qəbulu agentlikləri arasında şəbəkələşməyə və uğurlu əməkdaşlığın qurulmasına xidmət edən ICEF tərəfindən təşkil edilən təhsil tədbirlərində iştirak edərək rəsmi status qazanmışdır.

ICEF tərəfindən tanınan agentlik statusunun əldə edilməsi istənilən təhsil agentliyinin miqyasını və beynəlxalq nüfuzunu müəyyən edilməsində əhəmiyyətlidir. ICEF tərəfindən rəsmi olaraq tanınmazdan öncə də SNG şirkəti beynəlxalq təhsil təminatçıları ilə qlobal əlaqələr və tərəfdaşlıqlar quraraq bir neçə keyfiyyət təminatı proseslərindən uğurla keçmişdir, o cümlədən şirkətin hər il müxtəlif akademik və peşəkar sahələrdə qəbul alınan tələbələrin sayı; işlədikləri uzunmüddətli tərəfdaş təşkilatlardan rəy və tövsiyələri; şirkət tərəfindən alınan beynəlxalq sertifikatlar və mükafatlar həmçinin, uyğunluq meyarları hesab olunur.

ICEF tərəfindən rəsmi olaraq tanınmaq, təklif etdiyimiz xidmətlərin yüksək keyfiyyətinin rəsmi göstəricisidir. Bu xidmətlərə daxildir: zəmanətli peşəkar xidmətlər; tələbələrin seçim edə biləcəyi bir çox seçim; nüfuzlu universitetlərdə təhsil almaq imkanı və daha çoxu.

StudyNet Group şirkəti daim komanda üzvlərimizin peşəkar bacarıqlarını təkmilləşdirilməsi, eləcə də təqdim etdiyimiz xidmətlərin keyfiyyət səviyyəsinin artırılması istiqamətində çalışır.

© 2020 SNG, All Rights Reserved.