Siyasət və beynəlxalq tədqiqatlar üzrə Ph.D. təqaüdü 2024/25: University of Leeds

16 Fevral 2024

Siyasət və beynəlxalq tədqiqatlar üzrə Ph.D. təqaüdü 2024/25: University of Leeds

Əlaqə

“Leeds” Universitetinin “Siyasət və beynəlxalq araşdırmalar məktəbi” (POLIS) namizədləri 2024/25 tədris ili üçün Ph.D. Təqaüdünə müraciət etməyə çağırır!

Müraciət üçün son tarix: 11 Mart, bazar ertəsi, 2024

“POLIS” məktəbi 2023/2024 ili üçün nəzərdə tutulmuş 18,622 funt sterlinq uyğun olaraq 3,5 illik tam ödənişli təqaüd təklif edir.

2022-ci ildə Leeds Universitetinin qlobal dünya reytinqi #86-dır. Hazırda universitetdə 36,840 tələbə təhsil alır.

Təqaüd üçün əsas tələblər:

  • Birinci dərəcəli bakalavr dərəcəsinə və yaxud magistr dərəcəsi üzrə fərqlənmə diplomu;
  • İngilis dili tələblərinə uyğunluq, hər bir bölmədən (oxumaq, yazma, dinləmə və danışma) ən azı 6 olmaqla ümumi 6.5 IELTS;
  • Araşdırma mövzusu təklifinə sahib olmalıdır.

Namizədlərin araşdırma sahələri aşağıdakı mərkəzlərin ən azından birinin araşdırma prinsiplərinə uyğun olmalıdır:

  1. Demokratik siyasət mərkəzi
    Qeyri-sabit və gözlənilməz anda dəyişən siyasi iştirak formalarını təhlil etmək və nəzəriyyə etmək mərkəzin əsas məqsədidir.

  2. Qlobal inkişaf mərkəzi
    “CGD” beynəlxalq tədqiqat gündəmini izləyir, kritik qlobal çağırışlara cavab olaraq cəmiyyəti formalaşdırır.

  3. Müdafiə məsuliyyətli Avropa mərkəzi
    “ECR2P” tədqiqat, təhsil və siyasət vasitəsilə müdafiə məsələlərini araşdırır.

  4. Qlobal təhlükəsizlik çağırışları mərkəzi
    Təhlükəsizliyin qurulması, qavranılması və davam etdirilməsi üçün bir sıra metodları yoxlayır.

  5. Müasir siyasi nəzəriyyə mərkəzi
    Hazırkı tədqiqat fəaliyyətləri siyasi nəzəriyyə, mədəni dəyərlər və praktiki siyasət arasında qarşılıqlı əlaqəni əhatə edir.

  6. Afrika araşdırmaları mərkəzi
    Bu fənlərarası mərkəz Afrikanın siyasətinə fəal maraq göstərən alimləri bir araya gətirir.

  7. Leeds məlumat analitikası institutu
    Məlumatların keyfiyyəti, qorunması və istifadə olunması standartlarını yüksəltmək üçün çalışır.

Tam ödənişli Ph.D təqaüdü haqda ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. *Studynet Group *10 ildən çox fəaliyyət göstərmiş mütəxəssislərinin dəstəyi ilə təhsil haqqı ödənişindən azad və aylıq stipendiya ilə xaricdə təhsil arzularınızı gerçəkləşdirə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.