Şirkətimiz yeni status qazanır...

02 Aprel 2021

Şirkətimiz yeni status qazanır...

Əlaqə

StudyNet Group şirkəti qürur duyaraq elan edir ki, şirkət beynəlxalq təhsil təşkilatı olan ICEF tərəfindən rəsmi şəkildə tanınır. Bu statusu əldə etməklə, şirkət ICEF tərəfindən beynəlxalq səviyyədə təşkil olunan təhsil sərgilərində iştirak etmək hüququ qazanır. Belə sərgilərin əhəmiyyəti ondan ibarətdir ki, dünyanın istənilən ölkəsində fəaliyyət göstərən yüksək reytinqli universitetlər, xaricdə təhsil şirkətləri ilə görüşüb yeni əməkdaşlıqlar qururlar. StudyNet Group şirkətinin əməkdaşları, ICEF tərəfindən təşkil olunan bir neçə tədbirdə iştirak edib və bunun nəticəsi olaraq şirkət inkişaf etmiş ölkələrdə yerləşən, eləcə də, yüksək reytinqli təhsil proqramları təklif edən bir çox orta məktəb, universitet, dil məktəbləri, yay məktəbləri və s. təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri imzalayıblar.

ICEF təşkilatı tərəfindən rəsmi şəkildə tanınmaq, xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətin beynəlxalq nüfuzundan və miqyasından xəbər verir. Bu statusu əldə etmək üçün şirkətimiz əlbəttə ki, bir neçə qiymətlədirmə mərləhəsindən keçib ki, bu zaman şirkətin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi təşkilatlar və təhsil müəssisələri, il ərzində təhsil üçün xarici ölkələrə göndərdiyi tələbə sayı, uzun müddət əməkdaşlıq etdiyi təhsil şirkətlərinin bu şirkət haqqında verdikləri rəy və tövsiyyələr, şirkətin mükafatlandırıldığı beynəlxalq təltif və sertifikatları əsas götürülüb.

Bəs bu nailiyyətdən tələbələrimizə nə pay düşür? Bu statusu əldə etmək təhsil şirkətinin təklif etdiyi xidmətlərin kefiyyətindən xəbər verir. Bu həm kadr heyətinin professionallığnın artırılması, həm tələbələrə təklif olunan təhsil proqramlarında seçim imkanlarının genişləndirilməsi, dünyanın yüksək reytinqli universitetləri ilə yaranan yeni əməkdaşlıqlar sayəsində tələbələrin orada təhsil almaq şanslarının artması və daha çoxuna zəmanət verir.
Şirkətimizdə fəaliyyət göstərən təhsil məsləhətçilərinin mütəmadi olaraq bilik və bacarıqlarının artırılması üçün bu cür beynəlxalq təlimlərdə iştirakı xidmətlərimizin keyfiyyətinin yüksəlməsinə xidmət göstərir.

Təhsil planlarınızı bizimlə qurun!!

© 2020 SNG, All Rights Reserved.