Sənətlə iç-içə: Nuova Accademia di Belle Arti və 3 Fərqli Proqram

13 Yanvar 2024

Sənətlə iç-içə: Nuova Accademia di Belle Arti və 3 Fərqli Proqram

Əlaqə

Nuova Accademia di Belle Arti (NABA) İtaliyanın Milan şəhərində yerləşən məşhur incəsənət və dizayn akademiyasıdır. Tələbələrinə yaradıcı, innovativ və texniki təhsil vermək məqsədi daşıyan NABA incəsənət, dizayn və moda üzrə hərtərəfli bakalavr və magistr proqramları təklif edir.

Fashion Marketing Management Programme 2024/2025
Akademiya peşəkar və tanınmış rəssam, dizayner və moda məsləhətçilərindən ibarət komandası ilə sənət sahəsində yeni bakalavr proqramı elan edir. Moda Markentiqi İdarəedilməsi üzrə bakalavr dərəcəsi əldə etmək istəyən tələbələr üçün tədris həm ingiliscə, həm də italyanca mövcuddur. Moda Marketinqinin İdarəedilməsi üzrə “BA” yalnız Milan Kampusunda aktivdir.

Hybrid Foundation Course 2024/2025
“Hybrid Foundation” kursu müxtəlif sənət və dizayn fənlərinin icmalını təqdim edərək hybrid, yəni onlayn və əyani formada keçirilir. Onlayn modullar dizayn nəzəriyyəsi, incəsənət və dizayn tarixi, vizual ünsiyyət və rəqəmsal alətlər kimi mövzuları əhatə edir. Milanda keçirilən fərdi seminarlar və fəaliyyətlər isə tələbələrə praktiki təcrübə və NABA-nın ən müasir imkanlarına çıxış təmin edir. 2024-cü ilin oktyabr ayından başlayaraq, kurs ilə maraqlanan tələbələrin iştirakı yalnız birinci smestr onlayn ola bilər.

Gap Year Programme 2024/2025
Nuova Accademia di Belle Arti kimi tanınan NABA İtaliyanın Milan şəhərində yerləşən incəsənət və dizayn universitetidir. NABA “Gap Year” Proqramı tələbələrə müntəzəm təhsildən bir il müddətinə fasilə vermək və fənlərarası incəsənət və dizayn tədrisinə başlamaq üçün əla seçimdir.

NABA yaradıcılığı və yenilikçi düşüncəni təşviq edən dinamik bir qurumdur. Çoxçeşidli proqramları, beynəlxalq mühiti və güclü sənaye əlaqələri ilə NABA həvəskar rəssamlar və dizaynerlər üçün seçdikləri sahələrdə inkişaf etmək üçün möhkəm zəmin yaradır.

NABA ölkədə rəsmi tərəfdaşı olan StudyNet Group-un yüksək təcrübəli təhsil mütəxəssisləri sizə gələcək təhsil və karyera seçimində kömək etməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.