Sabancı Universitetində Təqaüd

02 May 2020

Sabancı Universitetində Təqaüd

Əlaqə

Sabancı universiteti bakalavr proqramlarına müraciət edən tələbələr üçün tələbələrin akademik göstəricilərinə uyğun olaraq Təqaüd proqramı təklif edir. Təqaüd əldə etmək imkanı məhduddur. Tələbələr qəbul ərizəsini təqdim etdikləri zaman, avtomatik olaraq, təqaüd proqramı üçün də nəzərdən keçiriləcəklər və qiymət göstəriciləri, elmi nailiyyətləri, tövsiyyə məktubları, həmçinin bilik yarışlarında qazandıqları mükafatlara əsasən dəyərləndirilərək Təqaüdlə təltif olunacaqlar.
Ona görə də, ərizə formasın təqdim edən zaman, indiyə qədər əldə etdiyiniz elmi nailiyyətlərinizi göstərən bütün sənədləri də təqdim etməyi unutmayın.
Sabancı universiteti haqqında:
1994-cü ildə əsası qoyulan Sabancı Universitetinin əsas missiyası tələbələrin innovativ düşüncə qabiliyyətlərini inkişaf etdirmək və müxtəlif sahələrdə müasir dünyada baş verən hadisələrdən asanlıqla baş çıxarmaları üçün lazımi bilik və bacarıqlarla təmin etməkdir. Universitet dünyanın 22 ölkəsindən olan 50 akademikin təşəbbüsü ilə yaranıb və nəticədə beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisəsinə və Türkiyədə ən qabaqcıl universitetlərdən birinə çevrilib. Sabancı Universiteti tədqiqat imkanlarını və ixtisas sahələrini təkmilləşdirməklə nümunəvi təhsil müəssisəsi kimi təşəkkül tapmağa istiqamətlənib.
StudyNet Group:
StudyNet Group şirkəti ilə Sabancı universiteti arasında olan sıx əməkdaşlıq sayəsində artıq bir çox tələbə yüksək səviyyədə ali təhsil təcrübəsi əldə edib. Biz tələbələrin ali təhsilə yiyələnmək yolunda ən yaxşı bələdçi olmağa çalışaraq, sizə aşağıdakı xidmətləri təklif edirik:
• Viza dəstəyi və yerləşmə
• Universitetə qəbul
• Dərəcə proqramı üzrə konsultasiya
• Rəsmi sənədlərin hazırlanması və təqdim olunması
• Riyaziyyat, Fizika və Biznes kimi bir çox elmi sahələrdə təlimlər
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan və həmçinin digər xidmətlər tam olaraq ödənişsiz şəkildə təqdim olunur.

© 2020 SNG, All Rights Reserved.