StudyNet Group şirkətinin əməkdaşı olduğu Regent’s University London ali təhsil proqramları ilə yanaşı fərqli müddətləri əhatə edən ingilis dili kursları da təklif edir. Regents dil mərkəzinin, digər dil kurslarından üstünlüyü ondan ibarətdir ki, bu kurslar, birbaşa olaraq, Regent’s universitetinin nəzdində təşkil olunur və dil kurslarında iştirak edən tələbələr universitetin kampusunda mövcud olan bütün tədris vəsaitləri və avadanlıqlardan sərbəst şəkildə istifadə etmək hüququna malikdirlər. Universitetin dil kurslarına qatılmaq üçün tələbə mimimum A1 səviyyəsində ingilis dili biliklərinə sahib olmalıdır; minimum yaş həddi 16-dır.
Regents universitetinin təşkil etdiyi dil proqramına dil dərsləri ilə yanaşı, dərsdən kənar fəaliyyətlər də daxildir. Bunlara London şəhər gəzintisi, danışıq klubları, kampus ərazisində idman məşğələləri – yoga, Zumba, idman yarışları, basketbol, voleybol və s., əlavə təlim məşğələləri – CV hazırlanması, iş müsahibələri üçün bacarıqların inkişaf etdirilməsi və s. misal ola bilər.
Dil proqramına qatılan tələbələr üçün universitet öz qonaqlama xidmətlərini də təklif edir. Proqram müddətində siz həm kampusda yerləşən rezidensiyada, həm də yerli ailələr ilə birlikdə kirayə evlərdə qala bilərsiniz.
Regents universitetinin təklif etdiyi ingilis dili kursları kampus şəraitində olduğu kimi onlayn formatda da eyni keyfiyyətdə təşkil olunur.
Dil kurslarına sənəd qəbulu il boyu davam edir və hər ayın əvvəlində yeni qruplar dərslərə başlayır. Regents universitetinin kampusu yeni tədris ilində gigiyenik cəhətdən pandemiya şəraitinin tələblərinə tam uyğun şəkildə hazırlanıb.
StudyNet Group şirkəti artıq uzun illərdir ki, Londonun Regents univeristeti ilə sıx əməkdaşlıq edir və hər il onlarla tələbə ali təhsil, həmçinin ingilis dili biliklərini təkmilləşdirmək üçün universitetə üz tutur. Bu yolda onlara şirkətimizin təcrübəli məsləhətçiləri, sənədlərin hazırlanmasında, universitetə müraciət və qəbulun alınmasında, vizanın təşkilində, xaricdə yaşayış yerlərinin bron edilməsində yaxından köməklik göstərirlər.