Queen Mary Universiteti

08 Aprel 2020

Queen Mary Universiteti

Əlaqə

Queen Mary Universitetindən sərfəli təklif:
Birləşmiş krallıqda ali təhsil almaq əla seçimdir , çünki krallıq bir çox sayda yüksək mövqeyə malik universitetlərə ev sahibliyi edir və bu səbəbdən də, universitet məzunlarının iş imkanları geniş olur. Queen Mary universitetdə təhsil alarkən siz həm də maliyyə məsələlərinizi həll edə bilərsiz:

  • Unniversitet kampusda müxtəlif sahələr üzrə iş imkanları təklif edir.
  • Universitetin yerləşməsi, tələbələrə kampusdan kənar ərazidə, Oksord-Sirkus, Spitalfilds və Vestfild Stratford Siti ərazisində yarım-ştat iş tapmağa imkan verir.
  • Universitet tələbələrə maliyyə məsələləri üzrə təkbətək konsultasiya təklif edir ki, burada tələbələrə maddi məsələlərin həlli yolları və müvafiq qaydalar təqdim olunur.
  • Universitet həmçinin tələbələrin öz xərclərini asanlıqla idarə edə bilmələri üçün qaydalar toplusu hazırlayıb: qaydalar toplusu https://www.welfare.qmul.ac.uk/international/money/

Universitetin haqqında qısa tarixçə:
Londonun Queen Mary Universiteti, Russell Group universitetlərinin sıralarına daxil olmaqla, Birləşmiş Krallıq və dünya üzrə ən tanınmış universitetlərdən biridir. Universitet 1785-ci ildə dörd tarixi müəssisənin əsasında yaradılmışdır: Sent Bartolamey Hospital Tibb kolleci, London Hospital Tibb kolleci, Vestfild kolleci və Queen Mary kolleci. Bu müəssisələr ictimaiyyətə, xüsusilə də, yoxsul və çarəsizlərə xidmət etmək üçün tikilmişdi. “Biz təhsil abidəmizi bu müəssisələrin əsasında qurduq, hansı ki onlar yerli xalqa tibbi yardım, qadınlara və Şərqdə işləyən təbəqənin nümayəndlərinə təhsil verirdilər. O zaman bu insanların təhsil almaq imkanları yox idi.”

Universitetin milli tərkibi:
Universitetin tələbə heyətində dünyanın bütün millətlərindən nümayəndələr var və elə buna görə də Queen Mary universiteti digər qabaqcıl universitetlərdən fərqlənir. Universitet, Avropa birliyi ölkələrindən, Avropa Birliyinə daxil olmayan ölkələrdən , Ağ, qara, etnik azlıqlardan olan tələbələr, dövlət məktəblərini bitirən və ailənin ali təhsil alan ilk nümayəndləri daxil olmaqla, bütün tələbələrə təhsil imkanları və proqramlar təklif edir. Tələbələrin 57%-I ailədə ali təhsil alan ilk nümayəndələr və 90%-I dovlət məktəblərinin məzunlarıdır. “Biz fəxr edirik ki, hər kəs üçün ali təhsil almaq imkanı yaradırıq və bizim universitet bütün dünya üçün əlçatandır. “

Faktlar və rəqəmlər:
Kampuslar: Universitet London, Avropa və Asiyada yerləşən beş kampusda fəaliyyət göstərir.
Mövqeyi: QS Dünya universitetləri sıralamasına əsasən Birləşmiş krallıq üzrə 12-ci yeri, dünya üzrə isə 110-cu yeri tutur.
Tələbə heyəti: müxtəlif millətlərin nümayəndlərindən ibarət 27,000 tələbə.
Dərəcə proqramları: Universitet üç istiqamət üzrə 240 dərəcə proqramı təklif edir: Humanitar və sosial elmlər, Elm və mühəndislik, Tibb və stomatologiya.
Tədqiqat imkanları: Universitet bir neçə sahə üzrə dünyada aparıcı tədqiqat universiteti hesab olunur. Universitet istinad edilən mənbə kimi Birləşmiş Krallıqda 8-ci yerdə, dünyada isə 42-ci yerdə durur. Tədiqat nəticələrinin kefiyyətinə görə Birləşmiş Krallıq üzrə 5-ci yerdədir. (Mükəmməl tədqiqatlar 2014). Tələbələrin tədqiqat xarakterli startapları üzrə göstəriciləri və Pfizer, IBM və Huawei kimi sənaye təşkilatları ilə əməkdaşlıqlar da bura daxildir.
Tədqiqat sahəsində universitetin əldə etdiyi üstünlük onun nüfuzlu sahələrdə də uğur qazanmasına səbəb oldu. Günəş sisteminə ən yaxın ulduz olan Proxima Centauri-n orbitini kəşf edən alimlərdən ibarət beynəlxalq komandaya Queen Mary universitetinin astronomları başçılıq edirdilər.

Universitetin məzunları və keçmiş əməkdaşları arasında doqquz Nobel mükafatçısı var.
Bunlar yalnız universitetin keçən onilliklər ərzində əldə etdiyi irəliləyişlər və beynəlxalq mövqeyin bir hissəsidir. Universitet haqqında daha ətraflı məlumat üçün sayta daxil olun:
https://www.qmul.ac.uk/about/facts-and-figures/
Qlobal universitet:
Beynəlxalq imicinə və mövqeyinə görə Queen Mary universiteti dünya üzrə ilk 20-liyə daxildir. Universitetin Birləşmiş Krallıqdan başqa, dünyanın bir neçə yerində - Çin, Malta, Atena, Sinqapur Parisdə mövcud olmağı universitetin beynəlxalq nüfuzu və qlobal şəbəkələşmənin təbliğatı istiqamətində apardığı cəhdlərin bariz nəticəsidir. Qlobal Siyasət institutu, universitet tədqiqatçılarının, beynəlxalq siyasətçilər, sənaye sahələri və akademiklərlə əlaqəsini qurmaq üçün əhəmiyyətli proqramdır və universitetdə nüfuzlu alimlərin yetişməsini təmin edir.

Studynet Group vasitəsilə Queen Mary Universitetinə müraciət:
Studynet Group, Queen Mary universitetinin Azərbaycan üzrə yeganə partnyorudur. Queen Mary universitetinin təklif etdiyi çoxsaylı imkanlardan faydalanmaq və universitetə qəbul proqramları üzrə məsləhət almaq üçün bizə müraciət edin. StudyNet Group sizi universitetə müraciət prossesi boyunca müşayiət edəcək və sizin arzu etdiyiniz təhsil yoluna qovuşmağınıza yardımçı olacaq.

Studynet Group sizin rahatlıqla ali təshilə yiyələnməyinizə necə yardımçı olur?

  • Müraciət şərtlərini izah etmək və rəsmi sənədlərin hazırlanmasında köməklik göstərməklə;
  • Tələbə vizasının əldə edilməsində yardım göstərməklə;
  • Təcrübəli təhsil məsləhətçilərimiz vasitəsilə sizə düzgün proqram seçimində yardımçı olmaqla;
  • Təqaüdlər və digər maliyyə qrantları üçün müraciət etməyinizə yardım göstərməklə;
  • İstədiyiniz həyat səviyyəsinə uyğun yaşayış yerini seçməkdə köməklik göstərməklə;.
  • Onlayn universitet tədbirlərinə və tələbə fəaliyyətlərinə qoşulmağınıza dəstək göstərməklə. Xatırladaq ki, bu xidmətlər tam ödənişsizdir.
© 2020 SNG, All Rights Reserved.