QMUL tələbələri üçün yaşayış yeri tapmağın tam vaxtıdır!

14 May 2022

QMUL tələbələri üçün yaşayış yeri tapmağın tam vaxtıdır!

Əlaqə

Siz Queen Mary University of London-dan qəbul məktubuna sahibisiniz?

Bu halda artıq yaşayış yerinizi tapmağın tam vaxtıdır!

2022-ci ilin sentyabr ayına şərti və ya qeyd-şərtsiz qəbul təklifi qazanmış tələbələr indi qalacaqları yataqxanaya uyğun olaraq otaq növlərini seçə bilərlər. QMUL-un qlobal partnyoru kimi StudyNet Group yerli və beynəlxalq tələbələrə kurs seçimi, qəbul, yaşayış yeri, məskunlaşma və sair kimi bütün mərhələlərdə kömək etməkdən məmnundur. Belə ki, biz sizin üçün bütün yaşayış yerinin seçilməsi, bron edilməsi prosesi ilə məşğul olacağıq.

StudyNet Group vasitəsilə 2022-ci ilin sentyabrında Queen Mary Universitetinə qəbul olan bütün yeni tələbələrə 30 iyun 2022-ci il tarixinədək müraciət etmələri şərti ilə Queen Mary-nin yaşayış yerlərinə və ya tərəfdaş provayderlərinin birində yerləşməyə zəmanət veriləcək.

Əgər siz hələ QMUL-a müraciət etməmisinizsə, nəzərinizə çatdıraq ki, ərizələr qəbulu hələ də açıqdır. Biz sizə Universitetin təklif etdiyi geniş proqramlar arasından seçim etməkdə və sizin adınızdan müraciət etməkdə kömək edəcəyik!

© 2020 SNG, All Rights Reserved.