Qərbi Amerikanı kəşf edin: Aydahoda Unikal Yay Proqramı

13 Yanvar 2024

Qərbi Amerikanı kəşf edin: Aydahoda Unikal Yay Proqramı

Əlaqə

ABŞ-də həm öyrənmək, həm də əyləncəli vaxt keçirmək istəyən 13-16 yaş arası gənclər üçün əla fürsət!

“Water In West” yay düşərgəsi gənclər üçün öyrədici və maraqlı 3 həftə vəd edir. Belə ki, tələbələr akademik araşdırma və ingilis dilinin inkişafı ilə yanaşı, Riverstone Beynəlxalq Məktəbinin açıq hava proqramının ənənələrindən olan, kampinq, gəzinti, rodeo və kürəklə səyahətə qatılacaqlar.

Riverstone Beynəlxalq Məktəbi Aydaho ştatının Boise şəhərində, Sakit Okeanın Şimal-Qərbində yerləşən özəl məktəbdir, beləliklə, tələbələrinə akademik prestijli Beynəlxalq Bakalavr proqramlarını, eləcə də açıq havada müxtəlif məşğələlər, liderlik təhsili və müxtəlif mədəniyyətlərlə yaxından tanışlığı təklif edir.

Bu proqramda iştirak etməklə siz,
• İngilis dili bacarıqlarınızı təkmilləşdirəcək və beynəlxalq səviyyəli Duolingo testinə hazırlıq üzərində işləyəcək;
• Maraqlı və informativ turlar, çöl səfərləri vasitəsilə suyun əhəmiyyətini və Qərb həyatında necə rol oynadığını öyrənəcəksiniz;
Həmçinin,
• Aydaho ştatının göllərini, çaylarını, dağlarını və təbii gözəlliklərini kəşf edəcək;
• Ölkənin ilk xizək kurortu və “charlift”in vətəni olan dünyaca məşhur Günəş Vadisini “Sun Valley”-i ziyarət edəcək;
• Rodeoya qatılacaq və yeni məşğuliyyətləri sınayacaqsınız.

Riverstone Beynəlxalq Məktəbi Aydaho ştatının ən yaxşı özəl internat məktəbidir. Təsadüfi deyil ki, “The Washington Post” Riverstone Beynəlxalq Məktəbini Aydahonun ən rəqabətcil yüksək təhsil mərkəzi kimi dəyərləndirib. Hal-hazırda 40 və daha çox millətdən 410 tələbə bu məktəbdə təhsil alır.

Proqrama qeydiyyat üçün son tarix 30 yanvar, 2024-cü ildir. Ödənişsiz konsultasiya və qeydiyyatdan keçmək üçün tələsin.
13 ildən çoxdur ki, peşəkar təhsil məsləhətçiləri və dinamik komandası ilə Studynet Group aşağıdakı xidmətləri göstərir.

• Universitetə müraciət və qəbul
• Ödənişsiz konsultasiya
• Rəsmi sənədlərin hazırlanması və təqdim edilməsi
• Viza dəstəyi
• Yaşayış yerinin tapılması
• Riyaziyyat, Fizika və Biznes kimi müxtəlif akademik sahələrdə təhsil
• Multidisiplinar kurs və proqramlarda iştirak

Əgər sizdə cəlbedici və aktiv bir yay təcrübəsi yaşamaq istəyirsinizsə, Studynet Group ilə əlaqə saxlayaraq bütün addımlarda dəstək alın.

© 2020 SNG, All Rights Reserved.