Qadınlar üçün ABŞ-da Beynəlxalq Təqaüdlər

06 Noyabr 2021

Qadınlar üçün ABŞ-da Beynəlxalq Təqaüdlər

Əlaqə

Çox sayda beynəlxalq tələbəyə ev sahibliyi edən və yüksək akademik standartları ilə tanınan Amerika Birləşmiş Ştatları beynəlxalq tələbələri yeni tədris ilində qarşılamağa davam edir.

Amerika Universiteti Qadınlar Assosiasiyası, Amerika Birləşmiş Ştatları vətəndaşı olmayan və ya daimi yaşayış icazəsi olmayan qadınlara Birləşmiş Ştatlarda tam zamanlı təhsil və ya tədqiqat üçün Beynəlxalq Təqaüdlər təqdim edir. Qeyd edilməlidir ki, qadınların və qızların cəmiyyətdə inkişafına icma, vətəndaş və ya peşəkar iş vasitəsi ilə töhfə vermək üçün çalışan qadın namizədlərə üstünlük veriləcəkdir.

AAUW (Amerika Universiteti Qadınlar Assosiasiyası) 3 növ təqaüd təqdim edir:

  • Magistr / Peşəkar Təqaüdü: $ 18,000
  • Doktorluq Təqaüdü: $ 20,000
  • Doktoranturadan sonrakı təqaüd: $30,000

Təqaüdə müraciət edənlər üçün aşağıda göstərilən bəzi meyarlar vardır:

  • ABŞ bakalavr dərəcəsinə ekvivalent akademik dərəcəyə (ABŞ-da və ya xaricdə qazanılmış) sahib olmaq;
  • İngilis dilini mükəmməl bilmək;
  • Akkreditə olunmuş qurumlarda həm magistratura, həm də aspirantura keçərlidir.

Müraciət etmək istəyən şəxslər rəsmi internet saytından ətraflı məlumat və tələb olunan meyarlar ilə tanış ola bilərlər.

Son ərizə qəbulu: 15 noyabr, 2021.

Sizin də beynəlxalq təhsil fəaliyyəti ilə bağlı sualınız və ya yardıma ehtiyacınız varsa, beynəlxalq tələbələrə və təhsil sahəsində peşəkarlara dünya miqyasında akademik xidmətlər göstərən StudyNet Group ilə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.