Post-bakalavr təhsili yeni tarixdə - QMUL

07 İyul 2020

Post-bakalavr təhsili yeni tarixdə - QMUL

Əlaqə

Yanvar 2021 qəbulu

Queen Mary universiteti elan edib ki, post-bakalavr proqramlarının əksəriyyətinə qəbul 2021-ci il Yanvar ayından başlanacaq.
Əgər siz bitirdiyiniz təhsil müəssisəsindən qiymət cədvəlini əldə etməkdə, İngilis dili test imtahanlarına qatılmaqda, yaxud şəxsi vəziyyətlə bağlı hər hansı yubanma varsa, 2021-ci ilin Sentyabr ayına qədər gözləməyə ehtiyac yoxdur. QMUL sizə nisbətən gec tarixdə başlamaq üçün imkan yaradır.

Tədris proqramları gücləndirilmiş şəkildə 18 Yanvar 2021-ci il tarixdən etibarən start götürəcək və siz təhsilinizi 2021-c il Dekabr ayının sonuna kimi tamamlaya biləcəksiniz.

Tədris proqramları 6 istiqamət üzrə aparılacaq: Biznes və Menecment, Kommersiya hüququ, İqtisadiyyat, Maliyyə, Mühəndislik, Komputer elmləri, Riyaziyat elmləri, Dilçilik və Filmçəkmə.

Ərizələrin qəbulu 5 İyun 2020-ci il tarixdən 1 Dekabr 2020-ci il tarixədək davam edəcək.

Universitet haqqında:
Universitetin tarixi 1785-ci ilə dayanır. Queen Mary universiteti 27 min tələbə heyəti və Russell Group tərəfindən təqdim olunan 5 kampusla Birləşmiş Krallığın qabaqcıl tədqiqat universitetlərindəndir.

Universitet 240-dan çox bakalavr, post-bakalavr və tədqiqat istiqamətləri üzrə tədris proqramları təklif edir, nümunəvi təhsil prossesi və məzunlarının işlə təmin olunma qabiliyyətinə görə öndədir. QMUL universiteti numanitar, sosial elmlər, mühəndislik, tibb və stomatologiya ixtisasları üzrə özünəməxsus mövqeyə malikdir.

Reytinqi:
• dünya üzrə 110-cu, Birləşmiş Krallıq üzrə 12-ci yer - Times Higher Education (THE) reytinqi
• dünya üzrə 114-cü Birləşmiş Krallıq üzrə top 20-ci yer – QS reytinqi

Queen Mary London universitetinin Azərbaycanda yeganə rəsmi partnyoru StudyNet Group şirkəti tələbələrə xaricdə təhsilin bütün aspektləri üzrə xidmətlər təqdim edərək, sizin proqram seçimi, rəsmi sənədlərin toplanması, qəbul ərizələrinin hazırlanması və təqdim olunması, xaricdə yaşayış yerlərinin təşkili və vizanın əldə olunması məsələlərinizi həll etməkdə yaxından köməklik göstərməyə hər zaman hazırdır.

© 2020 SNG, All Rights Reserved.