Polşada təhsil alaraq Avropanı kəşf etmək istəyən gənclərin nəzərinə!

10 Dekabr 2022

Polşada təhsil alaraq Avropanı kəşf etmək istəyən gənclərin nəzərinə!

Əlaqə

Tələbələrin ən çox üstünlük təşkil etdiyi şəhərlərdən biri olan Polşada təhsil alaraq Avropa təhsil təcrübəsindən yararlanmaq istəyirsinizsə, sənədlərinizi toplamağa və müraciət etməyə tələsin!

University of Wroclaw, Vistula University, Warsaw University of Business, o cümlədən ingiltərə universitetlərinin Polşa kampuslarında yüksək akademik təhsilə nail ola bilərsiniz. Bu universitetlərdən biri məhz, Coventry University-dir. Universitet London və Koventri şəhərlərindəki kampusları ilə yanaşı Polşada da fəaliyyət göstərərək tələbələrə yüksək akademik keyfiyyətə sahib tədris təqdim edir.
Müxtəlif ixtisaslar üzrə Bakalavr və Magistr dərəcələrində geniş seçimdə proqram təqdim olunur:

  • Dövlət təhlükəsizliyi
  • Biznes administrasiya (Biznes, Maliyyə, İdarəçilik)
  • Loqistika menecmenti
  • Jurnalistika
  • Hüquq
  • İngilis dili
  • Politologiya

University of Wroclaw
300 ildən çox zəngin tarixə malik Wroclaw Universiteti Polşanın ən böyük akademik təşkilatlarından biri olaraq 1702-ci ildən bəri Polşanın təhlükəsiz, iqlim baxımından əlverişli şəraitə malik tələbə şəhərlərindən biri olan Wroclaw şəhərində fəaliyyət göstərir. Wroclaw Universiteti Polşa ali təhsil müəsissələri arasında top 10-luğa daxil olaraq 6-cı sırada qərarlaşıb. Hal- hazırda bölgənin ən böyük universiteti olan Wroclaw Universitetində 26 min tələbə və 1300 doktorant təhsil alır.

Qeyd edək ki, Wroclaw Universiteti alimləri və professorları 9 dəfə Nobel mükafatı qazanamışdır. (Theodor Mommsen, Philipp Lenard, Eduard Buchner, Paul Ehrlich, Fritz Haber, Friedrich Bergius, Erwin Şrödinger, Otto Stern və Max Born)

Vistula University
Təhsil sahəsində yenilikçi və çox şaxəli olan Vistula Universitetində bakalavr, magistratura və doktorantura proqramları mövcuddur. Vistula Universiteti indiyə qədər 20.000 – dən artıq məzun sayı ilə öz tədris keyfiyyətini sübut etmiş universitetdir. Ali təhsil ilə yanaşı universitet dil kursları, mədəni tədbirlər, sosial klublar, idman fəaliyyəti kimi imkanlar təklif edir. Universitet Perspektywy portalına görə 2017-ci ildə dünya sıralanmasında 1-ci yer, 2016-ci ildə isə Polşa özəl universitetlər sıralanmasında 5-ci yeri almışdır.
Qeyd edək ki, Vistula Universiteti London Universiteti ( University of London) ilə əməkdaşlığı çərçivəsində ikili diplom təqdim edir.

10 ildən artıq təcrübəsi ilə StudyNet Group komandası Avropa, Böyük Britaniya və ya ABŞ-da təhsillə bağlı bütün sualınıza cavab verməyə və ərizə prosedurları, tələbə vizasının alınması, yaşayış yerinin rezervasiyası və digər bütün proseslərdə tələbələrə tam dəstək göstərməyə hər zaman hazırdır.

© 2020 SNG, All Rights Reserved.