Polşada Təhsil

22 Sentyabr 2018

Polşada Təhsil

Əlaqə

Wroclaw Universiteti Polşanın ən böyük akademik təşkilatlarındandır. Əsası 1702-ci ildə qoyulmuş Wroclaw Universiteti 300 ildən çox zəngin bir tarixə malikdir. Universitet Polşanın təhlükəsiz, iqlim baxımından əlverişli şəraitə malik tələbə şəhərlərindən biri olan Wroclaw şəhərində yerləşir. Wroclaw universiteti Polşa universitetləri arasında ilk 10-da sıralanır ( 6-cı yer).
Hal-hazırda bölgənin ən böyük universiteti olan Wroclaw Universitetində, 26 min tələbə və 10 fakültədə 1300 doktorant tələbə təhsil alır. Hər il 9000 şagird isə məzun olur. Hər dörd il ərzində Polşa Təhsil Nazirliyi tərəfindən bütün Polşa universitetlərinə aid qiymətləndirmə keçirir. 2013-cü ildə Wroclaw Universitetinin 10 fakültəsinin doqquzu ən yüksək təhsil standartına layiq görülüb. Universitet geniş sahəni əhatə edən və yüksək standartlara cavab verən kampusa sahibdir. Universitet kampusunda fəaliyyət göstərən çox sayda laboratoriya, kitabxana, yataqxana, sağlamlıq mərkəzi və idman zalları tələbərin istifadəsinə verilmişdir. Tələbələrin asudə vaxtlarını səmərəli və əylənəcli şəkildə keçirə bilməkləri üçün kampusda hər cür şərait yaradılmışdır. Bu gün Wroclaw Universitetinin əsas diqqət ayırdığı sahə elmi tədqiqatdır. Universitetdə yeniliklərin tətbiq edimləsi üçün Polşada və dünyanın digər ali təhsil müəssisələrində çalışan elm adamları ilə daima əlaqə saxlayırlar. Universitetə Polşa dövləti tərəfində verilən dəstək isə əvvəlki illərlə müqayisədə 80% artmışdır.

© 2020 SNG, All Rights Reserved.