Oxford Universiteti, Oriel Kollecində Yay Məktəbi

29 Mart 2022

Oxford Universiteti, Oriel Kollecində Yay Məktəbi

Əlaqə

Oriel Kolleci, Oxford Universiteti (Böyük Britaniya), CBL International ilə əməkdaşlıq edərək, 3 iyul - 13 avqust 2022-ci il tarixləri arasında 18 yaşdan yuxarı kollec və ya universitet tələbələri üçün Oriel Kollecində Yay Məktəbi təklif edir.

Bu yay proqramı Oriel Kollecinin, eləcə də Oxford Universitetinin digər kolleclərinin tanınmış professor-müəllim heyəti tərəfindən tədris olunan geniş spektrli fənlər və kurslara əsaslanıb. Onlardan bəziləri:

  • Beynəlxalq Biznes və İqtisadiyyat
  • Fəlsəfə və Siyasət
  • Beynəlxalq hüquq və ingilis dili
  • İngilis ədəbiyyatı və tarixi
  • Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM)

Proqramları müvəffəqiyyətlə bitirən hər bir nümayəndə Oxford Universitetinin Oriel Kolleci tərəfindən verilən Davamiyyət Sertifikatı və Akademik Transkriptlə təltif olunacaq. Bundan əlavə, tələbələr öz maraqlarına uyğun kursları seçərək öz 2 həftəlik proqramlarını tərtib edə və ya Oxfordda qalma müddətini 4 və ya 6 həftəyə qədər uzada bilərlər. Bundan əlavə, tələbələr müxtəlif fəaliyyətlər, sosial tədbirlər və həftə sonu ekskursiyalarını da uyğun olaraq əlavə seçmək imkanına sahibdirlər.

Qeyd edək ki, Covid-19 səbəbindən proqramda şəxsən iştirak edə bilməyəcək tələbələrin seçimlərini nəzərə alaraq, Yay Məktəbi proqramı həmçinin onlayn olaraq da təklif edilir. Proqram canlı dərslərdə olduğu kimi akademik mühazirələr, seminarlar, sosial fəaliyyətlər, elektron söhbətlər, və buraxılış mərasimindən ibarətdir.

Nəzərə alın ki, kurslar həm əyani tələbələrə, həm də onlayn tələbələrə eyni vaxtda tədris olunacaq. Onlayn iştirak edəcək tələbələr mühazirəçilər və şəxsən tələbələrlə müzakirələrdə iştirak edə bilərlər. Lakin onlayn tələbələr dərsdənkənar fəaliyyətlərdə iştirak edə bilməsələr də, fəaliyyətlərin videolarını izləyə biləcəklər.

Özünə inamınızı artırmaq, dil bacarıqlarınızı inkişaf etdirmək, beynəlxalq çevrədə inkişaf etmək və bu yayı unudulmaz etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. StudyNet Group hər zaman bu və digər proqramların hər bir mərhələsində sizə kömək etməkdən məmnundur.

© 2020 SNG, All Rights Reserved.