Oreqon Dövlət Universitetində təhsil imkanları

08 Yanvar 2022

Oreqon Dövlət Universitetində təhsil imkanları

Əlaqə

Şəhərin ən qədim dövlət universitetlərindən biri hesab edilən Oreqon Dövlət Universiteti ABŞ-ın şimal-qərb bölgəsində yerləşən dövlət tədqiqat universitetidir və 1856-cı ildə fəaliyyətə başlamışdır.

Times Higher Education-a əsasən, Oreqon Dövlət Universiteti ABŞ universitetləri arasında 276-cı, dünya reytinqində isə 301-350-ci yerdə qərarlaşıb. Universitet hər il dünya miqyasında öz qapılarını beynəlxalq tələbələrə açır. Universitet daxilində tələbələrin təxminən 60%-i Oreqon ştatının yerli tələbələridir.

Ümumi universitet tələbələrinin 83%-i bakalavr, 15%-i magistratura və 2%-i ixtisas proqramlarında təhsil alır. Universitetdə 12 kollec, 15 təcrübə mərkəzi və elmi mərkəzi var. Kampus bakalavr, magistr və doktorantura proqramlarından başqa 30-a yaxın onlayn distant təhsil proqramı da təklif edir. Hazırda universitetdə 24280 tələbə təhsil alır ki, onların da 13%-i əcnəbi tələbələrdir.

Daha əvvəl qeyd edildiyi kimi, universitet Biznes, Kompüter elmləri, Mühəndislik, İdman, Psixologiya, Kimya mühəndisliyi, MBA, Jurnalistika, Təbiət elmləri və s. kimi müxtəlif sahələrdə bir sıra proqramlar təklif edir.

Ətraflı məlumat, tam dəstək və köməklik üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.