Birləşmiş Krallıq hökümətinin 5 Yanvar 2021-ci il tarixli qərarından sonra ölkədəki bütün məktəblərdə sinif şəraitində dərslər dayandırılıb. Bu qərarın nəticəsi olaraq CATS Colleges məktəblər qrupuna daxil olan təhsil müəssisələri də bu tarixdən etibarən onlayn tədrisə keçid etdilər. ABŞ-da yerləşən CATS Academy Boston isə açıq fəaliyyət göstərir.
Hazırki qərara əsasən Krallıq ərazisindəki bütün məktəblərdə tədris Fevral ayının ortalarına qədər onlayn şəkildə aparılacaq. Lakin CATS qrupu məktəbləri bütün yaz semestrini onlayn təşkil etmək qərarına gəlib. Yay semestrindən etibarən məktəblərdə üz-üzə dərslər davam edəcək. Bosworth Independent College tələbələri yaz semestrinin sonlarında kampusa qayıda biləcəklər.
Cambridge School of Visual and Performing Arts (CSVPA) Fevral ayının ortalarına qədər onlayn tədris aparacaq və bu zaman ərzində əməkdaşı olduğu UAL, Trinity College London and Falmouth University universitetləri ilə sıx işləyərək tələbələrin yay semestrindən əvvəl kampusa qayıtmalarını müzakirə edəcəklər.
Bournemouth Collegiate School (BCS) də digər məktəblər kimi Fevral ayının ortalarına qədər onlayn fəaliyyət göstərəcək.
St Michael’s School, Uels hökumətinin qərarına əsasən, Yanvar ayının 18-nə qədər onlayn fəaliyyət göstərəcək. Məktəblərin yenidən açılması ilə bağlı qərar yaxın zamanda təqdim olunacaq.
Stafford House-n Krallıqda yerləşən məktəbləri ən tezi Mart ayına qədər bağlı olacaq; 5 Aprel tarixində yenidən açıla bilər.
CATS Colleges məktəblər qrupuna daxil olan təhsil müəssisələrinin əsas məqsədi bu zaman ərzində tələbələrin fasiləsiz olaraq yüksək səviyyəli təhsil almalarını təmin etməkdir. Qısa müddətli onlayn təhsil sisteminin qaydasında aparılması üçün müəllimlər mütəmadi şəkildə tələbələrlə birbaşa əlaqədə olacaqlar hansı ki, bu prosses artıq əvvəlcədən planlaşdırılmışdı.
Saat qurşaqları arasındakı fərqi nəzərə alaraq, dərslərin onlayn şəkildə əlçatan olması üçün onlar mümkün olduqca videoyazı şəklində paylaşılacaq.
Krallıq hökuməti təsdiq etdi ki, A levels və GCSE bu il də təxirə salınacaq. Qiymətləndirmə üçün alternativ yol kimi İngiltərə və Uels Təhsil nazirləri Ofqual imtahan mərkəzi ilə birgə işləyir.
Universitetə Hazırlıq Proqramının (Undergraduate Foundation Program) qiymətləndirməsi, ikinci il də tamamilə onlayn aparılacaq. 2020-ci ilin Mart ayından başlayaraq CATS Hazırlıq proqramı üçün onlayn imatahanın aparılmasına başlanılıb və xarici imtahan təşkilatçıları tərəfindən təkmilləşdirilərək, bütün Krallıq universitetləri tərəfindən qəbul edilib.
International Baccalaureate və BTEC Diploma proqramlarını qiymətləndirməsini aparmaq üçün hazırlanacaq qaydalar gözlənilməkdədir.
Keçən il tələbələr oxşar tədris şəraitinin qiymətləndirməsi olaraq yüksək nəticələr əldə etmişdilər və bu il də tələbələrə eyni şəkildə dəstək göstəriləcək. Ətraflı məlumat əldə olunan zaman paylaşılacaq.
Cambridge School of Visual and Performing Arts – A levels və GCSE proqramlarının dövlət tərəfindən təxirə salınmasına baxmayaraq, CSVPA proqramı tələbələrinin təhsilinə təsir etməyəcək. Məktəb, əməkdaşı olduğu universitetlər UAL, Trinity College London and Falmouth University ilə sıx əlaqədə işləyir.
Stafford House - Cambridge Exams Mart ayına planlaşdırılan üz-üzə imtahanları keçirə bilməyəcək. Alternativ imtahan tarixlərini təyin etmək üçün məktəb Cambridge Assesment ilə müzakirələr aparır. Tələbələrin IELTS və Cambridge imtahanlarına hazırlığı və müəllimlərin CELTA təlimləri onlayn şəkildə davam etdiriləcək.
Artıq Birləşmiş Krallıqda olan tələbələr kampusun yataqxanalarında onlayn dərslərə qoşula bilərlər. Burada qalan tələbələrə hazırda yüksək səviyyəli qonaqlama xidməti təqdim olunur. Milad bayramı ilə əlaqədar getmiş tələbələri yenidən yataqxanalarda görmək xoşdur.
Pandemiya şəraiti ilə əlaqədar olaraq, rezidensiyalar və qonaq evləri sosial məsafənin təmin olunmasını mümkün edəcək şəkildə təşkil olunub. Tələbələrə, təhlükəsizlik tədbirlərinə mütəmadi şəkildə əməl etmək tövsiyyə olunur. Qonaq evlərinə gələn tələbələr testdən keçirilir və nəticə neqativ çıxana qədər təcrid şəraitində saxlanılırlar.
Rezidensiyada qalan tələbələr yalnız qaldıqları müddət üçün ödəniş etməli olacaqlar. Hesablarında qalan əvvəlki ödənişlər isə sonuncu semestrə köçürüləcək.
CATS College kollektivi dərslərin əvvəlki qaydada davam edəcəyi günü səbirsizliklə gözləyir. Hazırda isə bütün kollektivi, tələbələrin onlayn dərslərdə müvəffəqiyyətlə iştirak edib yüksək nəticələr göstərməsi üçün əlindən gələn bütün köməklik və dəstəyi təmin edir.
Krallıq Hökuməti vəziyyətin dəyişməsi ilə bağlı hər hansı yeni qərar verərsə, məktəb məlumat yayacaq.
CATS Colleges şəbəkəsinə daxil olan təhsil müəssisələrinin təklif etdiyi tədris proqramları, kampuslar, qəbul şərtləri və s. haqqında ətraflı məlumatı StudyNet Group şirkətinin təcrübəli məsləhətçilərindən ala bilərsiniz.