Onlayn Alman dili kursları

18 Aprel 2020

Onlayn Alman dili kursları

Əlaqə

Alpadia Dil məktəbləri
İsveçrənin Montroy şəhərində yerləşən və Kaplanın beynəlxalq məktəblər ailəsinin üzvü olaraq, Alpadia dil məktəbi beynəlxalq ali təhsil, tələbə hazırlıq proqramları və bir çox sahələr üzrə ixtisaslaşıb. Alpadia məktəbi il ərzində Montroy, Lion, Berlin və Frayburq şəhərlərində Alman və Fransız dili kursları təşkil edir. Məktəb həmçinin Avropa və Şimali Amerikada yay tətili müddətində məktəblilər üçün ingilis, alman və fransız dili proqramları üzrə yay məktəbləri də təklif edir. Alpadia məktəbinin əsas missiyası tələbələrin imkanlarını genişləndirmək və gələcəyə ruhlandırmaq üçün dil bacarıqlarının artırılmasıdır.

Onlayn və ənənəvi dərslər:
• Hər iki dərs növündə oxu materialları, dərs cədvəli və tələbə sayı eyni olur.
• İnteraktiv şəkildə planlaşdırılan dərslər - tapşırıqlar, testlər və imtahanlardan təşkil olunur.
• Fransız və Alman dillərində oxu, yazı, dinləmə və danışıq qabiliyyətləri əyləncəli üsullarla praktiki şəkildə tədris olunur.

Kurslara nə daxildir?
• Təcrübəli Alpadia müəllimlərinin akademik bilik və bacarıqları
• Kursu bitirdikdən sonra sertifikat
• Onlayn tədris platformalarına giriş imkanı
• Tələbələrə dəstək xidməti
• Dünyanın bir çox yerindən olan tələbələrlə interaktiv ünsiyyət

Qiymətləndirmə və akreditasiya:
Tələbələrin bilik səviyyəsi Avropa üzrə ümumi dil meyarlarına (CEFR) əsasən qiymətləndiriləcək. Kursun sonunda tələbələrin əldə edəcəyi sertifikat akreditasiyadan keçirilib və bütün Fransız və Alman müəssisələri tərəfindən tanınır. Bundan başqa, sertifikat beynəlxalq səviyyədə də tanınır və yüksək nüfuza malikdir.

Niyə məhz Alpadia?
• Alpadia məktəbi 250-dən çox özəl və dövlət universitetləri ilə əməkdaşlıq edir ki, bu təhsil müəssisələri, Maliyyə, Biznes, İncəsənət və s. daxil olmaqla müxtəlif sahələr üzrə 300-dən çox bakalavr və magistr proqramları təklif edir.
• Xüsusi dil kurslarının hədəfi tələbələrin dil biliklərini C1 səviyyəsinə qədər yüksəltməkdir.
• Qəbul və tədris prossesi boyunca tələbələrə professional şəkildə dəstək göstərilir.
• Əvvəlki bazanıza əsasən növbəti pillələrə keçid etmək imkanı təmin edilir

Studynet Group şirkətinin təklif etdiyi xidmətlər:
Studynet Group Alpadia dil məktəbinin Azərbaycanda yeganə partnyorudur. Ərizələrin hazırlanması və qəbul prossesi boyunca tam ödənişsiz dəstək almaq istəyirsinizsə bizə müraciət edin. Studynet Group sizin tədris prossesini rahatlaşdırmaq üçün davamlı olaraq aşağıda qeyd olunan xidmətləri təkmilləşdirməkdən qürur duyur:
• Kampusda və onlayn təşkil olunan tədbirlərdə iştirak
• Proqram seçimi zamanı köməklik
• Ərizələrin təqdim olunmasında yardım
• Təqaüd ərizələrinin hazırlanmasında yardım
• Xaricdə yaşamaq üçün yerlərin təşkili
• Viza dəstəyi

© 2020 SNG, All Rights Reserved.