Henli Biznes Məktəbi və Reading universiteti xarici tələbələrin inkişafını dəstəkləmək üçün yeni ortaqlıq əlaqələri qurur.
Uzun illərdir ki, Henli Biznes Məktəbi tələbələrinə daha yaradıcı şəkildə biznes öyrətməyi hədəfləyir. Təcrübəli akademik heyət və keyfiyyətli təhsil sisteminə sahib bu təhsil müəssisəsi, öyrənilmiş nəzəriyyələri real həyat təcrübəsində tətbiq etmək, etika və davamlılıq ilə bağlı problemləri araşdırmaq və biznesin cəmiyyətə daha geniş qlobal təsiri haqqında anlayış yaratmaq imkanı verir.
100-dən çox ölkədən 7000-dən çox tələbə və 160 ölkədən 80.000 -dən çox məzunu olan Henli Biznes Məktəbi, bakalavrdan magistıra, doktorantura, MBA, DBA və ixtisasartırma proqramlarına qədər geniş təhsil imkanları təklif edən beynəlxalq bir qurumdur.
Reading universitetinin bir hissəsi olaraq, əcnəbi tələbələrə Henli Biznes Məktəbi və ONCAMPUS Reading’in əməkdaşlığı ilə, Cambridge Education Group (CEG) universiteti ilə birgə təşkil olunan foundation proqramı təklif edilir. Henli Biznes Məktəbində bakalavr proqramları üzrə təhsil almaq istəyən əcnəbi tələbələr 2021-ci ilin sentyabr ayından əyani keçirilməsi nəzərdə tutulan Foundation proqrmına daxil ola bilərlər.
Qeyd olunan müqavilə 2017-ci ildə qurulan əməkdaşlığa əsasən, beynəlxalq tələbələrin incəsənət, dizayn və kommunikasiya kimi bir sıra sahələrdə təhsil dərəcələri qazanmalarının dəstəklənməsini nəzərdə tutur.
StudyNet Group, mövcud olduğu illər ərzində İngiltərənin ən yaxşı universitetləri ilə sıx əlaqələrə başlamış və bir çoxu ilə möhkəm əməkdaşlıq quraraq, yerli və xarici tələbələrin İngiltərə universitetlərinə asanlıqla daxil olmalarında və yüksək ixtisaslı təhsil almalarında köməklik edir.