ONCAMPUS Paris - Beynəlxalq Tələbələr üçün yeni təhsil istiqaməti

07 May 2022

ONCAMPUS Paris - Beynəlxalq Tələbələr üçün yeni təhsil istiqaməti

Əlaqə

Nəzərinizə çatdıraq ki, StudyNet Group-un tərəfdaş provayderlərindən biri olan ONCAMPUS Paris birbaşa qəbul tələblərini ödəməyən tələbələr üçün KEDGE Biznes Məktəbində dərəcə qazanmaq şansı təklif edir.

Proqram tam orta təhsilini başa vurmuş beynəlxalq tələbələri KEDGE Biznes Məktəbində bakalavr təhsili almağa hazırlamaq üçün nəzərdə tutulmuşdur. Həmçinin, Undergraduate Foundation Program Böyük Britaniyadakı A dərəcəli standarta bərabər olan 3-cü səviyyədə müəyyən edilmişdir.

Qeyd edək ki, həftəlik 26 saata qədər dərs saatı alacaq tələbələr ümumi proqramı 9 ayda tamamlayacaqlar.

Proqram 2 xarici dil - ingilis və fransız dilləri və Biznes, İqtisadiyyat və Maliyyə kimi 3 akademik fənni əhatə edən 5 kursdan ibarətdir.

Nəzərinizə çatdıraq ki, UFP proqramı yüksək IELTS balı tələb etmir, qəbul tələbi 4.5 baldır.

Bu Foundation (Hazırlıq) proqramı sizə akademik mühitə uyğunlaşmağa və yüzlərlə beynəlxalq tələbə, təcrübəli professor və işçi heyəti ilə tanış olmağa kömək edəcək.

Bizim tərəfdaş təkliflərimiz haqqında daha çox məlumat əldə etmək və sizin üçün ən yaxşı variantı seçə bilməyimiz üçün bizimlə əlaqə saxlaya bilə, eləcə də ofisimizə yaxınlaşaraq ödənişsiz konsultasiyadan yararlana bilərsiniz. StudyNet Group sizə bütün proseslərdə kömək etməkdən məmnundur.

© 2020 SNG, All Rights Reserved.