ONCAMPUS Hull-un imkanları

20 Oktyabr 2021

ONCAMPUS Hull-un imkanları

Əlaqə

Hull Universiteti İngiltərənin ən qədim 14-cü universitetidir. Bu universitetə əsaslanan ONCAMPUS Hull, hazırlıq proqramını uğurla başa vurulduğu halda Hull Universitetinə birbaşa keçidi təmin edir.

Hull Universiteti tələbələrə CV-lərini genişləndirmək və iş təcrübələrini inkişaf etdirərək rəqabətli məzun bazarında önə çıxmaq üçün unikal bir fürsət təqdim edir. Burada dünyanın 100-dən çox ölkəsindən 2.500-dən çox əcnəbi tələbə təhsil alır.

Hull-un İşəgötürmə Mükafatları proqramı, tələbələrə qazandıqları bilikləri iş yerində təcrübəyə çevirmək imkanı yaradır ki, bu da gələcəkdə işəgötürənlər gəncləri yalnız məzun tələbə kimi deyil, onları təcrübəyə sahib, peşəkar olmağa hazır, perespektiv namizəd kimi görmələrinə yardımçı olur.

Qeyd olunmalıdır ki, təhsil departamentinin göstərdiyi statistikalara əsasən Hull 100-ə yaxın İngilis universitetlərini geridə qoyaraq məzun tələbələrinin yüksək faizinin məzun olduqdan növbəti 5 il ərzində daimi işə sahib oduqları üçün ikinci yerdə qərarlaşmışdır.

Müraciət formasının hazırlanması və təqdim olunması, lazımi sənədlərin toplanması, tələbə vizası üçün müraciət və xaricdə yaşayış yerlərinin bron edilməsi ilə bağlı istənilən sualınızı OnCampusun Azərbaycanda rəsmi nümayəndəsi StudyNet Group şirkətinin təcrübəli məsləhətçilərinə yönləndirə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.