OnCampus Boston kollecində yeni tədris ili...

25 İyun 2021

OnCampus Boston kollecində yeni tədris ili...

Əlaqə

OnCampus Boston kolleci yeni tədris ilində tələbələri kampusda salamlayacaq. Kolleci seçmək üçün bir neçə səbəb vardır ki, onlardan üç ən başlıcası, hazırlıq proqramını tamamladıqdan sonra ölkənin ən yüksək reytinqli ali təhsil ocaqlarında təklif olunan dərəcə proqramlarına keçid etmək imkanının olması, Amerikanın bir nömrəli kollec şəhərciyində yaşamaq və təhsil almaq şansına sahib olmaq və kollecin təklif etdiyi təqaüd proqramlarıdır.

OnCampus Boston kollecində işçi heyət və hazırda təhsil alan tələbələr 100% tərkibdə tam olaraq vaksinləşdirilib. Kollecin əcnəbi tələbələri üçün vaksinləşmə prosedurları olduqca sadədir. Vaksinləşmə tamamilə ödənişsizdir və tələbələr, ictimai mərkəzlər, klinikalar və əczaxanalarda rahatlıqla görüş götürərək proseduru başa çatdıra bilər.
Boston şəhərində əhalinin 50%-i tamamilə vaksinləşdirilib, 70%-i isə birinci dozanı qəbul edib. Massaçussets ştatında əhalinin 54% hissəsi tamamilə vaksinləşdirilib.

Curry College payız sesiyasında kampusa gələcək olan əcnəbi tələbələrdən vaksin olunduğuna dair sertifikat tələb edir. Tələbə Amerikaya çatan zaman vaksinləşdirilə bilər. Bunun üçün OnCampus tərəfindən lazımi dəstək təmin ediləcəkdir. Uçuşdan əvvəl isə tələbə neqativ test nəticələri təqdim etməlidir. Tədris prossesi Avqust ayının 30-da başlandığına görə tələbələrə məsləhət görülür ki, 12-20 Avqust tarixləri arasında Bostona səfəri başa çatıdırıb vaksinləşmə üçün kifayət qədər zaman əldə etsinlər.

Vaksinləşdirildikdən sonra artıq karantin müddəti keçməyə ehtiyac qalmayacaq.

OnCampus mərkəzləri tələbələrin kampuslarda təhlükəsiz şəkildə yerləşməsi üçün lazımi tədbirləri görməkdədir.
Avropa, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Hazırlıq Proqramları təklif edən qlobal təhsil provayderi OnCampus kolleclərinə ərizə qəbulu davam edir. Müraciət formasının hazırlanması və təqdim olunması, lazımi sənədlərin toplanması, tələbə vizası üçün müraciət və xaricdə yaşayış yerlərinin bron edilməsi ilə bağlı istənilən sualınızı OnCampusun Azərbaycanda rəsmi nümayəndəsi StudyNet Group şirkətinin təcrübəli məsləhətçilərinə yönləndirə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.