OnCampus Aston universitetində təqaüd proqramları

19 May 2021

OnCampus Aston universitetində təqaüd proqramları

Əlaqə

OnCampus beynəlxalq təhsil provayderinin yeni əməkdaşlığa başladığı İngiltərənin Aston Universiteti əcnəbi tələbələr üçün növbəti təqaüd proqramını elan edir.

OnCampus ilə hazırlıq proqramlarına müraciət edən və kursu uğurla başa vuran tələbələr, ali dərəcə proqramlarına keçid edən zaman 1,500 funsterlinqə qədər məbləğdə təqaüd əldə edə bilərlər. Təqaüd həm Bakalavr, həm də Magistratura dərəcəsinə hazırlıq proqramında iştirak edən tələbələrə tətbiq edilir.

Bundan başqa Universitet OnCampus Aston tələbələri üçün, 8,000 funtsterlinq məbləğində “Beynəlxalq Pro-rektor təqaüdü” seçdiyi ixtisas üzrə yüksək nəticələr əldə etmiş tələbələrə təqdim olunur. £3,000 məbləğində olan “Beynəlxalq elçi təqaüdü” isə gələcəkdə Aston universitetini beynəlxalq səviyyədə təmsil etmək istəyən 25 tələbəyə təklif olunacaq.

Əgər tələbə eyni vaxtda bu təqüdlərdən ikisi üçün real namizəd olarsa, o zaman tələbəyə daha yüksək məbləğdə olan təqaüd təqdim olunacaq.

Aston Birmingham universiteti tələbələrin uğurlu karyera qurmasına hədəflənən universitet olaraq 2020-ci ildə ölkə üzrə bakalavr dərəcəsindən məzun olan tələbələrin işlə təmin olunma səviyyəsinə görə ən yaxşı universitet seçilib. Bunun başlıca səbəbi universitetin, tədris proqramlarını real-həyat təcrübələri əsasında qurmasıdır.

StudyNet Group şirkəti OnCampus qlobal təhsil provayderi ilə apardığı uzunmüddətli əməkdaşlığa dayanaraq, Aston Universitetinin təklif etdiyi hazırlıq proqramları, ali dərəcə proqramları, eləcə də, onlayn təhsil proqramlarına qəbul olmaq istəyən tələbələrə müraciət ərizələrinin hazırlanması, müvafiq sənədlərin toplanması və universitetə təqdim olunması, universitetdən qəbulun alınması, tələbə vizasına müraciət və İngiltərədə tələbə yataqxanaları və ya fərdi yaşayır yerlərin bron edilməsi xidmətləri göstərir.

© 2020 SNG, All Rights Reserved.