Növbəti təhsil istiqamətiniz - ONCAMPUS France haqqında düşünməyə başlayın

16 Aprel 2022

Növbəti təhsil istiqamətiniz - ONCAMPUS France haqqında düşünməyə başlayın

Əlaqə

Bizim əməkdaş qlobal provayderlərimizdən olan ONCAMPUS, KEDGE Buisness School ilə yeni əməkdaşlığa başlamışdır və hazırda Fransada bir sıra hazırlıq (pathway) proqramları təklif edir.

Bu addımla ONCAMPUS Paris indi Fransada ilk akademik pathway təminatçısıdır. Artıq StudyNet Group vasitəsilə müraciət edən tələbələrimiz Bakalavr səviyyəsində yeni Beynəlxalq Hazırlıq Proqramı və Magistratura səviyyəsində Beynəlxalq Pre-Magistr Proqramı üzrə təhsil ala biləcəklər. Bununla yanaşı sizin üçün birbaşa KEDGE Buisness School-a başlamaq imkanı da olacaq.

Üçqat akkreditə olunmuş KEDGE Buisness School hazırda Fransada 9-cu olan Avropanın ən yaxşı biznes məktəbləri arasında yer alır və tələbələrə dünyanın beynəlxalq bakalavr və magistr proqramlarından bəzilərini, elecə də, qabaqcıl tədrisi və qlobal tərəfdaş universitet şəbəkəsi vasitəsilə real karyera təklif edir.

Bizimlə əlaqə saxlayaraq, beynəlxalq tələbələr üçün Fransada mövcud olan parlaq imkanlar haqqında daha çox məlumat əldə edəcək, eyni zamanda peşəkar təhsil məsləhətçilərimiz sizin üçün ən yaxşı seçimləri məsləhət görərək bütün addımlarda sizə rəhbərlik edəcəkdir.

StudyNet Group iddialı, beynəlxalq və yerli tələbələrə, qlobal miqyasda yüksək reytinqli universitetlərdə ən maraqlı, yenilikçi və beynəlxalq dərəcələrə yüksəlmək imkanənı təklif edir.

© 2020 SNG, All Rights Reserved.